Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi bildirir ki, “İsitmə-soyutma sistemlərinə servis xidməti göstərilməsi işlərinin” satın alınması məqsədi ilə keçirilmiş elektron satınalma prosedurunda “Laxas” MMM qalib elan olunmuş, onunla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


DİN-in Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə 05 may 2021-ci il tarixində elan olunmuş açıq tender prosedurunun nəticəsi olaraq “Bu Bu” MMC qalib elan olunmuş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır. 


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən geyim formalarının satın alınması məqsədilə 2021-ci il 20 may tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 21 may tarixdə “Respublika” qəzetində dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “Debet Safety” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Çovdar” yatağının yeraltı (sulfid) mərhələsi ilə əlaqədar mühəndislik, təchizat və tikinti işlərinin idarə edilməsi üçün Layihə İdarəetmə üzrə məsləhət və nəzarət xidmətlərinin satın alınması ilə əlaqədar təkliflər sorğusunda iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib. Açıq tender prosedurunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən “Heerim Architects & Planners Co.” şirkətinin Azərbaycan Respublikasındakı Filialı qalib elan edilib və onunla 4 232 459.40 AZN məbləğində satınalma müqaviləsi bağlanıb.


Kənd Təsərrüfatı Nazirliyi və “AZTEXCASPİAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ arasında Obyektlərin əsaslı təmirinin layihələndirilməsi üzrə 110.000,00 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.

***

Kənd Təsərrüfatı Nazirliyi və “RAMCO” QAPALİ SƏHMDAR CƏMİYYƏTİ arasında Əkinçilik ETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasında təmir və abadlıq işlərinin aparılması üçün 179.789,70 manat dəyərində müvafiq müqavilə bağlanmışdır.


Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi bildirir ki, “Azərbaycan Respublikası Dövlət Arxivi filiallarında arxiv binalarının (qeyri-yaşayış) əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işləri”-nin satın alınması məqsədi ilə keçirilmiş elektron satınalma prosedurunda “TFM-Smart Project” MMC qalib elan olunmuş, onunla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


“Respublika” qəzetinin 03 iyul 2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən Müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə mallarının satınalınmasına dair elan edilmiş açıq tender müsabiqəsində tələb olunan sənədlər son təqdim olunma tarixdə və vaxtda (26.07.2021-ci il saat 11:00) yalnız 2 (iki) şirkət tərəfindən satınalmaların “etender.gov.az” vahid internet portalında elektron formada təqdim edilmişdir.

Nəticədə sözügedən tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-4.2.-ci yarımmaddəsinin tələblərinə uyğun olaraq, qeyri-qənaətbəxş hesab edildiyindən verilmiş elanın ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə növbəti dəfə yenidən müvafiq qaydada elan veriləcəkdir.


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan Dənizçi MTK-nın balansında olan 1B binasının daxili tamamlanma işlərinin satınalınması məqsədilə

MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il avqustun 11-i saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263.


AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN BİLDİRİŞİ

Azərbaycan Ordusunun şəxsi heyətinin tibbi təminatı üçün sarğı ləvazimatları və digər məsrəf tibbi əmlakların satınalınması üzrə 26.07.2021-ci il tarixdə açıq tender metodu ilə keçirilməli olan tender müsabiqəsində yetər sayda tender təklifi təqdim edilmədiyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq tenderlərin davamından imtina edilmişdir.


Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2021-ci il üçün elektrik işləri üzrə xidmətlərin satınalınmasına görə keçirilmiş açıq tender sorğusunda “Azkond” MMC qalib gəlmiş və 23.07.2021-ci il tarixdə həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


ARSN Sanator-Kurort Reabilitasiya Mərkəzi (PHŞ) 31 may 2021-ci il tarixdə mətbəə mallarının satınalınması məqsədilə kotirovka sorğusu keçirilmiş və müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 22.06.2021-ci il tarixli, AİBNDX-15/01-7/8385p nömrəli məktubu əsasında (əsas Bənd 22.1-1.) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qanun”) tələblərinə uyğun gəlmədiyi üçün ləğv edilmişdir.