Ürəklərdə yaşayanlar
Region

Ürəklərdə yaşayanlar

Şirvan şəhərində doğma torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızı tanımaq tanıtmaq məqsədiləŞəhidlər ölməztədbirlər silsiləsi davam etdirilir. Növbəti tədbir şəhid Nicat Hüseynovun xatirəsinə həsr olunmuşdu.

Tədbir iştirakçıları Şirvan şəhər Şəhidlər xiyabanında  Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət etdilər. Sonra Şirvan Gənclər Evində şəhid Nicat Hüseynovun xatirəsinə həsr olunmuş tədbir davam etdirildi. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi.

Şəhid Nicat Hüseynovdan bəhs edən videosüjet nümayiş olundu. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhid atası Alim Zülfüqarov, şəhid anası Nailə Bağırova, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, şəhid Nicat Hüseynovun xalası oğlu Samir Əsədov çıxış edərək şəhidin döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan danışdılar.

Divarlardan götürülüb ürəklərdən asılan şəhid şəkilləri daima bizimlədir” - çıxış edən natiqlərdən birinin sözləri tədbirə xüsusi ahəng gətirdi.

Müdafiə Nazirliyinin Həzi Aslanov  adına Ordu İdeologiya Mədəniyyət Mərkəzinin direktoru İlkin Qayıbov yüksək səviyyədə tədbirin təşkilinə görə Şirvan şəhər rəhbərliyinə təşəkkürünü bildirdi.

Mədəniyyət Mərkəzinin hazırladığı Vətən müharibəsi şəhidlərinə həsr olunmuş musiqili ədəbi-bədii kompozisiya göstərildi.

Şəhid valideynləri övladlarının xatirəsini əziz tutan, şəhid ailələrinə daimi olaraq qayğı diqqət göstərən dövlət başçımız cənab  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

T.YADULLAOĞLU,

Respublika”.