Sağlam həyat
Maraqlı

Sağlam həyat

Ölümü proqnozlaşdıranqocalma saatı

Hər bir insanın ölüm xəstəlik ehtimalını təxmin edə bilənqocalma saatı immun sistemində yerləşmiş ola bilər. Amerikalı tədqiqatçılar təbii zamanlama cihazının simptomların inkişafından bir neçə il əvvəl həyati təhlükəni xəbər verə biləcəyini iddia edirlər.

Yaşla əlaqəli, bədənin ayrı-ayrı bölgələri ilə məhdudlaşmayan immun sisteminin xroniki iltihabı prosesləri tədricən artır. Bu immunoloji saat bəzilərinə görə daha sürətli, bəzilərinə görə isə daha yavaş irəliləyir. Amerikalı həkimlər qandakı immun hüceyrələri onların xəbərdaredici analizləri vasitəsilə bir insanın fərdi iltihab, sağlamlıq vəziyyəti ilə əlaqədar xüsusiyyətlərini təyin ediblər.

ABŞ-ın Stanford Universitetinin tədqiqatçılarıNature Agingjurnalında dərc olunan məqalədə immunoloji mesajlaşma maddəsinin yüksək konsentrasiyasını, ürək-damar xəstəlikləri riski ilə əlaqələndiriblər. Onların nəticələri həm yaşla əlaqəli xəstəliklərin erkən diaqnozunu, həm immunoloji yaşlanmanı ləngidə biləcək müalicəni təmin edir.

Metodumuz orqanizmdə gedən prosesləri 7 il əvvəl aşkarlamağa imkan verir bu da əks tədbirlər görməyimizə zaman qazandırır. Süni intellektin köməyi ilə qanda xroniki iltihab əlamətlərinin yaşlandıqca necə dəyişdiyini təmin edən immunoloji saat yaratdıq.” - deyə tədqiqat rəhbəri David Furman bildirib.

Furman həmkarları 8 ilə 96 yaş arası insanların qanında iltihab reaksiyasında iştirak edən immun hüceyrələrini araşdırıblar. Nəticədə 60 yaşdan etibarən qanda durmadan artan sitokin (SXCL9) adlı zülalın böyük əhəmiyyət kəsb etdiyini tapıblar. Alimlər bu maddənin iltihabi reaksiyalara səbəb olan bir çox geni aktivləşdirdiyini qan damarlarının qocalmasına kömək etdiyini öyrəniblər. Bu tapıntı, yaşla əlaqəli xroniki iltihabın erkən diaqnozu ilə sağlam qocalma daha uzun ömür sürməyi  təmin edə bilər.

 

Kərə yağı, marqarin ürəyimiz

Kərə yağı ya marqarinin sağlamlıq üçün ən yaxşı seçim olub-olmaması barədə uzun sürən mübahisələr hələ davam etməkdədir. Hər iki məhsulun sağlamlıq üçün üstünlükləri mənfi cəhətləri var. Əslində hər bir insanın vücudu genetik meyillərə, mövcud sağlamlıq vəziyyətinə, cinsinə ümumi qidalanma tərzinə görə bütün yağlara fərqli cavab verə bilər.

Kərə yağı süddən hazırlandığı üçün daha çox doymamış yağlar ehtiva edir. Doymamış yağlar orqanizmdə aşağı sıxlıqlı lipoproteini (LDL) yaxudpisxolesterinin səviyyəsini artırır bu da ürək xəstəlikləri riskinə zəmin yaradır. Marqarinin tərkibinin isə daha çox doymamış yağlardan ibarət olması, elm adamları tərəfindənpisxolesterinin qarşısını alması ilə izah olunur. Lakin Amerika Ürək Dərnəyi (AHA) bunun tam əksini söyləyir.

Tədqiqatlar, marqarinin tərkibində olan transfat yağların orqanizmdə olanyaxşıxolesterini azaltmasını ortaya qoyur. Elm adamları trans yağların ürək xəstəlikləri, həmçinin insult Tip2 diabet riskini artırdığını söyləyir.

Tədqiqat kərə yağı marqarin arasında 100 faiz sağlam bir seçim olmadığını göstərir. Elm adamları tərəfindən test edilmiş bütün pəhrizlərdə hər iki məhsulun iltihab, qan təzyiqi ya insulin göstəricilərinə təsirini üzə çıxarıb. Bu markerlər ürək-damar xəstəlikləri riski olan insanlarda tipik olaraq normadan yüksəkdir.

Müəlliflər çoxsaylı tədqiqatların nəticələrini təhlil edərkən, ürək xəstəliyinin qarşısını almaq üçün doymamış yağlarda daha yüksək effektivliyi dəstəkləyən keyfiyyətli bir dəlilin olmadığı qənaətinə gəliblər.

MəqaləMedical Xpressveb saytında yayımlanıb.

 

Alimdən qəribə iddia: Spirt buxarı COVİD-19-u müalicə edə bilər

Dünyanı cənginə alan koronavirusun gəlişindən bəri bir çox müalicə üsullarına müraciət edilir. Alimlər davamlı olaraq yeni-yeni effektiv metodlar axtarışındadırlar. Ancaq indiyə qədər spirt buxarı ilə koronavirusu müalicə etmək heç kəsin ağlına gəlməmişdi. Amerikalı alimlər bu metodun COVİD-19-un müalicəsində təsirli olacağını iddia edirlər.

Tədqiqat ABŞ-da Qida Dərman İdarəsinin (FDA) Narkotiklərin Qiymətləndirilməsi Mərkəzində aparılıb. Alkoqol qoxulamaq üsulu çox köhnə olsa da, ancaq ağciyər infeksiyasının müalicəsində spirt buxarının istifadəsi ilk dəfə gündəmə gəlib buna görə elm adamları çox həyəcanlıdırlar. Mütəxəssislər bu texnologiyanın elmi təsdiqini tapdığı təqdirdə tibbi inqilab yaradacağını söyləyirlər.

İnternational Basic and Clinical Pharmachologyjurnalında yayımlanan araşdırmada, yüzdə 65 faiz etanolun tənəffüs vasitəsilə oksigenlə qarışaraq birbaşa ağciyərə çəkilməsi izah olunur.

İngiltərəli kimyaçı Saiful İslamın rəhbərliyi ilə Amerikanın Advantist xəstəxanasında təcrübələr aparılıb. Sınaq zamanı alkoqol buxar texnikasının birbaşa koronavirusun xarici tikanlı zülal təbəqəsinə təsiri müşahidə edilib. Spirt buxarı oksigenlə birlikdə burundan nəfəs borusuna, daha sonra ağciyərə keçib. Bu səbəbdən, xəstələrin tənəffüs yollarında koronavirusun səbəb olduğu membranlarda şişkinlik tədricən çəkilməyə başlayıb nəfəs alma asanlaşıb.

 

Diabet artritin dərmanı

Amerikalı alimlərin təəccüblü tapıntılarına görə qatıq yeməklə diabet, artrit hətta stresslə mübarizə aparmaq olar. Stanford Universitetinin tədqiqatçıları qatıq, kefir, kəsmik kimi fermentləşdirilmiş qidaların yaxşı bağırsaq bakteriyalarını artıra biləcəyini, iltihabın qarşısını alaraq artrit diabetə qarşı mübarizədə müsbət təsirlərini araşdırıblar.

Tədqiqatçılar kəşflərini yüksək lifli fermentləşdirilmiş qida pəhrizlərinin təsirlərini müqayisə edən araşdırma zamanı tapıblar. Yüksək lifli pəhrizlərin aşağı ölüm nisbətləri ilə əlaqəsi olduğu halda sınaq zamanı iştirakçıların qanında iltihablı zülalların səviyyəsində heç bir azalma baş verməyib. Lakin növbəti sınaq cəhdində qıcqırdılmış qidaları istehlak edən respondentlərdə mikrobiom müxtəlifliyi iltihab göstəricilərində müsbət dəyişikliklər üzə çıxıb.

Elm adamları yüksək lifli fermentləşdirilmiş qidaların birlikdə mikrobioma immun sisteminə necə təsir etməsini, iltihablı zülalları azaltdığını göstərən molekulyar mexanizmləri araşdırmaq üçün siçanlar üzərində sınaq aparmağı planlaşdırırlar.

Konsepsiyanın sübutu olaraq biz, hədəfli bir qidanın xroniki iltihablı xəstəliklərin artmasına qarşı mübarizə üçün bir yol tapmaq istədik. Probiotiklərin mikrobioma sağlamlığa necə təsir etdiyini araşdırmağa davam edəcəyimizə ümid edirik”. - Stanford Universitetinin professoru Christopher Gardner qeyd edib.

TapıntılarCelljurnalında dərc olunub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

Respublika”.