DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÜST: PANDEMIYANIN BAŞA ÇATMASINA HƏLƏ ÇOX VAR

Koronavirus pandemiyasının başa çatmasına hələ çox var. “Deltaştammı Avropada çox geniş yayılıb qarşıdakı aylarda bütün dünyada ən çox yayılmış ştamm olacaq. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Xəstəliklərin Profilaktikası Onlara Nəzarət Mərkəzi, eləcə ÜST-ün Avropa Regional Bürosu xəbərdarlıq edib.

Məlumata əsasən, aparılmış müşahidələr göstərib ki, iyunun 28-dən iyulun 11-dək təhlil üçün kifayət qədər məlumat təqdim etmiş 28 ölkədən 19-daDeltaştammı üstünlük təşkil edib. Təhlillər belə deməyə əsas verir ki, qarşıdakı aylardaDeltavariantı qlobal miqyasda üstünlük təşkil edəcək.

Bildirilir ki, Avropa ölkələrinin, demək olar ki, hamısında bu ştamm aşkar edilib. Əgər daha güclü virus yaranmasa, “Deltavariantı geniş yayılmaqda davam edəcək.

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib: “Pandemiyanın başa çatmasına hələ çox var. Təəssüf ki, bizim regiona daxil olan ölkələrin əksəriyyətindəDeltaştammının yayılması hallarının xeyli artması müşahidə olunur”.

İRANDASU INQILABIDAVAM EDIR

İranın Xuzistan vilayətində quraqlıq səbəbindən aksiyalar davam edir. “Teleqraf.comun verdiyi xəbərə görə, indiyə qədər vilayətdəsu inqilabıaksiyasında 8 nəfər həyatını itirib.

Məlumata görə, İranın ali dini lideri Əli Xamenei aksiyaçıların tərəfini tutaraq problemin həll edilməsini istəyib.

Bildirilir ki, böyük quraqlıqla üzləşən İranın cənubundakı kənd şəhərlərdə ciddi su problemi yaşanır. Zəngin neft yataqlarının olduğu Xuzistan vilayəti aksiyalara liderlik edir.

Bununla yanaşı, İran prezidenti İbrahim Rəisi etirazların siyasi qarşıdurmaya çevrilə biləcəyi xəbərdarlığını edib, xalqın qanunlar çərçivəsində etiraz etmək haqqına sahib olduğunu bildirib.

Sünni ərəblərin çoxluq təşkil etdiyi Xuzistanda həm içməli, həm suvarmaq üçün su qıtlığı çoxdandır müşahidə olunur. Həmdiyə, Bostan, Şuş, Mahşehr məntəqələrində aksiyalar iyulun 15-dən başlayıb.

Beynəlxalq Amnistiya Təşkilatı aksiyalarda 8 nəfərin öldürüldüyünü açıqlayıb.

PAKISTAN ƏFQANISTANLA SƏRHƏDƏ ORDU CƏMLƏYIB

Pakistan Əfqanıstanla sərhəddən hərbçilərin silahlıların mümkün keçidinin qarşısını almaq məqsədilə bu əraziyə ordu göndərib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Pakistanın daxili işlər naziri Rəşid Əhməd məlumat yayıb.

Hazırda sərhəd bölgəsinə nizamlı ordu nəzarət edir. Onlar hərbiləşdirilmiş dəstələri əvəzləyiblər”, - deyə nazir vurğulayıb.

Məlumata əsasən, əvvəllər sərhədə polis nəzarət edib. Onlar qaçaqmalçılığın sərhədi qanunsuz keçmək istəyənlərin qarşısını alırmış.

Bununla yanaşı, Rəşid Əhmədin sözlərinə görə, Pakistan yalnız Əfqanıstandan gələn qaçqınların deyil, silahlıların hərbçilərin sərhədi keçməsinin qarşısını alacaq.

FIRTINA TOKIO OLIMPIYA OYUNLARININ KEÇIRILMƏ TARIXINƏ TƏSIR EDIB

Yaxınlaşan fırtına səbəbindən Tokiodakı Yay Olimpiya Oyunlarının təqviminə müəyyən düzəlişlər edilir, artıq 26 iyul tarixinə planlaşdırılan yarışlar digər tarixlərə keçirilib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə mətbuat konfransında oyunların təşkilat komitəsinin rəsmi nümayəndəsi Takaya Masa məlumat verib.

Komitə rəsmisinin sözlərinə görə, avarçəkmə yarışları təxirə salınıb: “26 iyul təqviminə gəlincə, artıq yarışın cədvəli hazırlanıb tezliklə təqdim ediləcək”.

Açıqlamaya əsasən, avarçəkmə yarışları Tokio körfəzində yerləşən avarçəkmə kanalında baş tutur. İdmançılar 14 dəst mükafat uğrunda mübarizə aparacaqlar.

Məlumat üçün qeyd edək ki, bir neçə gündür Yaponiyanın cənubundaİnq-fafırıtnası tuğyan edir. Tayfun nəticəsində Yaponiyanın cənubundakı Okinava prefekturasında beş nəfər xəsarət alıb. Ölkənin mərkəzi hissəsində küləyin sürəti təxminən 40 m/s, bəzən isə 55 m/s- çatıb.

PREZIDENTƏ QARŞI SUI-QƏSDDƏ FRANSIZ HƏRBÇILƏRININ IZI

Bir neçə gün öncə Madaqaskar prezidenti Andri Rajoelinaya qarşı sui-qəsd cəhdinin arxasında fransız hərbçiləri çıxıb. “Teleqaraf.comun verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri R.Randrianarison açıqlamasında bəyan edib.

Nazir bildirib ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı çoxlu sayda silah pul ələ keçirilib.

Eyni zamanda, R.Randrianarison qeyd edib ki, saxlanılan 6 nəfər şəxsdən ikisi həm Madaqaskar, həm Fransa pasportlu ikili vətəndaşlığı olan şəxslərdir. “Saxlanılanlardan biri Fransa, 3-ü isə Madaqaskar vətəndaşıdır”, - deyə nazir əlavə edib.

Ehtimala görə, sui-qəsd planı bir il əvvəldən hazılanıb. Madaqaskar rəsmilərinin fikrincə, belə bir planı həyata keçirmək üçün 6 nəfər olduqca azdır.

Madaqaskarda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin bu şəxslərlə təmasda olduğunu müəyyən etdik. Onlara 5 milyon avroluq maliyyə yardımı göstərildiyi məlum oldu. Əməliyyat zamanı isə 250 min avro ələ keçdi. Bəs pulun qalan hissəsi haradadır?”, - deyə daxili işlər naziri sual edib.

AFRIKANIN CƏNUBUNDA REKORD ŞAXTA QEYDƏ ALINIB

Qış mövsümünün hökm sürdüyü Afrikanın cənubunda rekord həddə soyuq hava qeydə alınıb. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə CAR-ın Meteoroloji Xidməti məlumat yayıb.

İyulun 24- keçən gecə 19 rayonda tarixi rekordlar qeydə alınıb: Kimberli şəhəri ətrafında temperatur  mənfi 9,9 dərəcədən aşağı düşüb. Yohannesburqda temperatur isə mənfi 7 dərəcə təşkil edib. Bu göstəricilər meteomüşahidələr tarixində ən aşağı sayılır.

Bununla yanaşı, sinoptiklərin proqnozlarına görə, anomal soyuq hava bölgədə hələ bir həftə davam edəcək.

Bildirilir ki, Afrikanın cənubuna soyuq hava kütlələri Antarktidadan daxil olub.

Məlumat üçün qeyd edək ki, bu yaxınlarda Küveytdə rekord istilər qeydə alınıb: kölgədə müsbət 53,3 dərəcə, Günəşin altında isə müsbət 70 dərəcə isti müşahidə olunub. Bu yay son yetmiş il ərzində Küveytdə ən isti fəsil kimi qeydə alınıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.