Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən Cərrahiyyə, Yeni Diaqnostika, Köhnə Diaqnostika, Müalicə, Uşaq müalicə, Radiologiya, Nüvə təbabəti  korpuslarının, qazanxana və su anbarı nasosxanasının cari təmiri işlərinin satınalınması üçün dövlət satınalmalarının vahid internet portalında və rəsmi dövlət qəzetində (“Respublika” qəzeti №131 (7027) 25.06.2021-ci il tarixdə açıq tender elan edilmişdir. Müsabiqə üzrə tələb olunan ilkin sənədlərin son təqdim olunma tarixi 16.07.2021-ci il, təkliflərin son təqdim olunma tarixi 28.07.2021-ci il, zərflərin açılışı tarixi 29.07.2021-ci il tarixə təyin edilmişdir.

Müsabiqənin göstərilən vaxt çərçivəsində yalnız bir iddiaçı müsabiqəyə qoşulmuş və öz ilkin tender sənədlərini təqdim etmişdir.

Müsabiqə üzrə tələb olunan ilkin sənədlərin son təqdim olunma tarixində (16.07.2021-ci il saat 14:00) iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq tender baş tutmamış hesab edilmiş və müsabiqənin davamından imtina edilmişdir.


Azərbaycan Ordusunun şəxsi heyətinin tibbi təminatı üçün stomatologiyaya aid məsrəf tibbi ləvazimatların və tibbi oksigen qazının satınalınması üzrə 27.07.2021-ci il tarixdə açıq tender metodu ilə keçirilməli olan tender müsabiqələrində yetər sayda iddiaçı müraciət etmədiyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq tenderlərin davamından imtina edilmişdir.


13.07.2021-ci il tarixində “Şəki RMX” PHŞ tərəfindən verilmiş kotirovka sorğusu elanında, LOT 2 Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması dayandırılsın. LOT-2 qüvvədən düşmüş hesab edilsin.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi bildirir ki, 31 may 2021-ci il tarixdə təsərrüfat mallarının satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş Açıq tenderin nəticələrinə görə “TİCARƏT-MPS” MMC qalib elan edilmiş və bu təşkilat ilə 22.07.2021-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.


Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2021-ci il üçün mexanika işləri üzrə xidmətlərin satınalınmasına görə keçirilmiş açıq tender sorğusunda “Azkond” MMC qalib gəlmiş və 16.07.2021-ci il tarixdə həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Blankların” satınalınması ilə əlaqədar 24 iyun 2021-ci il tarixdə elan olunan açıq tenderdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddəti artırılaraq 29 iyul 2021-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətinin təqdim edilməsi 05 avqust 2021-ci il 17:00-dək nəzərdə tutulmuşdur. İddiaçıların təklif zərfləri 06 avqust 2021-ci il tarixdə, saat 11:00-da açılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova

Tel.: 012-499-73-54, 012-499-74-50.


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Fərdi mühafizə vasitələrinin (geyimlərin) satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il avqustun 6-sı saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.