DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ-İRAN SƏRHƏDINDƏ HƏRBI FƏALLIQ MÜŞAHIDƏ OLUNUR

Türkiyə hökumətiTalibanqruplaşmasından qaçan əfqanların mümkün axınına qarşı İranla sərhəd xəttinə 20 min hərbi qüvvə cəlb edib. “Teleqraf.comun verdiyi xəbərə görə, sərhəd xətti 24 saat dronlar tərəfindən izlənilir.

Bildirilir ki, TürkiyəTalibanhərəkatının Əfqanıstanda hərəkətə keçməsindən sonra mümkün kütləvi miqrasiyaya qarşı şərq sərhədlərində ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb.

İran sərhəd xətti boyunca modul beton divarları, möhkəmləndirilmiş panel çəpərlər, elektro-optik qüllələr 24 saat müşahidə olunur. Sözügedən sərhəd xəttində 20- yaxın sərhəd taboru yerləşdirilib əlavə qüvvələr bölgəyə göndərilib.

 

ABŞ 12500 NƏFƏR ƏFQANISTANLINI TƏXLIYƏ EDƏCƏK

ABŞ əvvəlcədən planlaşdırdığı kimi Əfqanıstanın 2500 vətəndaşını üçüncü ölkəyə deyil, öz ərazisinə təxliyə edəcək. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatıNBC Newstelekanalı yayıb.

Bir müddət əvvəl ABŞ prezidenti Cozef Bayden bildirmişdi ki, amerikalılarla əməkdaşlıq etmiş Əfqanıstanın minlərlə vətəndaşını ABŞ-a təxliyə edəcəklər.

Verilən xəbərə əsasən, daha 10 min əfqanıstanlı ABŞ hərbi bazasına ya üçüncü ölkəyə köçürüləcək. Amerikalılar Əfqanıstandan çıxmağa başlayandan sonra ABŞ-la işləmiş 20 min nəfər köçmək üçün müraciət edib.

Xatırladaq ki, ABŞ NATO qoşunları  Əfqanıstandan bu ilin mayından çıxarmağa başlayıb. Prosesin 2021-ci il sentyabrın 11-dək başa çatacağı planlaşdırılır.

 

HAITI PREZIDENTINƏ QARŞI SUI-QƏSDIN SIFARIŞÇISININ ADI AÇIQLANIB

Kolumbiya polisi Haiti Ədliyyə Nazirliyinin keçmiş rəsmisi Jozef Feliks Badionun prezident Jovenel Moizin öldürülməsi əmrini verdiyini açıqlayıb. “Teleqraf.comun xəbərinə görə, açıqlamada sui-qəsddə hökumət adamlarının iştirakı iddiaları təkzib olunub.

Baş polis rəisi Xorxe Luis Varqas açıqlamasında saxlanılan şəxslərin Jozef Feliks Badio ilə görüşündə Jovenel Moizə qarşı sui-qəsd əmri aldıqlarını bildirib.

Kolumbiya dövlət başçısı İvan Duke cümə günü verdiyi açıqlamada saxlanılan kolumbiyalı keçmiş hərbçilərdən bəzilərinin J.Moizin öldürüləcəyini bilmədiklərini, bəzilərinin isə əvvəlcədən bundan xəbərdar olduqlarını vurğulayıb.

 

MÜASIR TEXNOLOGIYALAR KORONAVIRUS YARATMAĞA IMKAN VERIR

Rusiyanın Engelhardt adına Molekulyar Biologiya İnstitutunun baş elmi işçisi Pyotr Çumakov koronavirusun laboratoriyadan sızması versiyası barədə şərh verib. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, o, “Radio 1”ə müsahibəsində koronavirusun təbii mənşəyinin infeksiyanın laboratoriyadan sızması barədə fərziyyəylə müqayisədə fantastik olduğunu vurğulayıb.

Təbii mənşəli olması əslində daha fantastik görünür, çünki təbiətdə yarasalara yoluxan virusla insan populyasiyası arasında dövr edən virusun aralıq formaları mövcud deyil. Bütün bunlar çox qəribədir belə bir fikir yaradır ki, virusun mənşəyi sünidir”, - deyə Pyotr Çumakov bildirib.

Alim dəqiqləşdirib ki, müasir texnologiyalar koronavirus yaratmağa imkan verir. Belə təcrübələr haqda məqalələr ABŞ Çində dərc olunub. Pyotr Çumakovun sözlərinə görə, öncəCOVID-19”un modifikasiyası üzrə tədqiqatlar Şimali Karolinadakı laboratoriyada aparılıb, sonra Amerika ictimaiyyətinin təzyiqi ilə maliyyələşdirmə dayandırılıb virusla bağlı eksperimentlər Uhandakı elmi mərkəzə köçürülüb.

Bununla yanaşı, Pyotr Çumakov qeyd edib ki, kimisə ittiham etməkdə tələsmək lazım deyil, öncə sızmanın əsl günahkarını tapmaq lazımdır.

 

ALMANIYA BELÇIKADA SEL NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI 150-NI KEÇIB

Almaniyanın qərbində baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib. “Reportun verdiyi xəbərə görə, bu barədə məlumatıBildqəzeti yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində Reynland-Pfals torpağında azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər həlak olub. Xəsarət alanların axtarışı üçün bölgəyə 850 hərbçi göndərilib. Məlumata görə, 1300-ə yaxın insan itkin düşmüş hesab olunur.

Belçikada isə sel nəticəsində 27 nəfərin öldüyü təsdiqlənib. Ölkənin daxili işlər naziri bildirib ki, itkin düşmüş 20 nəfərin axtarışları davam edir.

Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb cənub-qərb bölgələrində daşqınlar yaradıb. Xatırladaq ki, daşqın yalnız Almaniyada deyil, Belçika Niderlandda da baş verib.

 

İRANDA SU QITLIĞI SƏBƏBINDƏN  ETIRAZ AKSIYASI KEÇIRILIB

İranın Xuzistan əyalətindəki quraqlıq səbəbindən yaranan susuzluğa görə keçirilən etiraz aksiyaları nəticəsində bir nəfər həlak olub. “ReportunIRNAagentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Xuzistan əyaləti valisinin səlahiyyətlərini icra edən Ümid Səbripur bəyan edib.

Dövlət rəsmisinin sözlərinə görə, nümayişi dağıtmaq üçün açılan atəş təsadüfən həmin şəxsə dəyərək onun ölümünə səbəb olub.

Eyni zamanda, müşahidəçilər bildiriblər ki, etiraz aksiyası dağıdılan zaman döyüş gülləsindən istifadə edilib.

 

ÇIN HIPERSƏSLI SƏRNIŞIN TƏYYARƏSI YARATMAQ NIYYƏTINDƏDIR

Çin özünün hipersəsli sərnişin təyyarələrini yaratmaq niyyətindədir. “Reportagentliyinin xarici mətbuata istinadən  verdiyi xəbərə görə, 2035-ci ilə kimi bu tip təyyarələrdən ibarət donanmanın formalaşdılması da planlaşdırılır.

Məlumata əsasən, sözügedən hava gəmiləri maksimum 10 sərnişin üçün nəzərdə tutulacaq. Lakin artıq 2045-ci ilə 100 nəfəri daşıya biləcək avialaynerlər istifadəyə veriləcək.

Qeyd edək ki, söhbət məhz hipersəsli təyyarələrdən gedir. Bu isə dəniz səviyyəsində 7500 kilometr saat sürətə uyğun gəlir.

 

BIR SALXIM ÜZÜM 12,7 MIN DOLLARA SATILIB

Yaponiyanın Kanadzava şəhərində keçirilən hərracdaRuby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm rekord qiymətə, 1,4 milyon yenə (təqribən 12,7 min ABŞ dolları) satılıb. “Reportun verdiyi xəbərə görə, bu barədəKyodoagentliyi məlumat yayıb.

Bildirilir ki, bu il salxımı supermarketlər şəbəkəsinin sahibi alıb. Hərracda qoyulan şərtlərə əsasən, üzümün hər giləsinin diametri 3 santimetrdən böyük tərkibində şəkərin miqdarı 18 faizdən yuxarı olmalıdır.

Məlumat üçün qeyd edək ki, “Roma yaqutudünyada ən bahalı üzüm növü hesab edilir. Yaponiyalı seleksiyaçılar həmin üzüm növünü 1994- ildə əldə etsələr , o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən iri şirəli olan çox dadlı meyvələrə malikdir.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.