TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2021-ci ildə kabellərin satınalınması üçün

AÇIQ TENDER ELAN EDİR

KABELLƏRİN satınalınması

KABELLƏRİN satınalınması ilin sonunadək başa çatdırılmalıdır.

Tenderdə iştirak etmək üçün iddiaçılar tender üzrə 300 (üç yüz) manat məbləğində pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu Tender Komissiyasından ala bilərlər.

Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT CTREAZ22

Alanın adı: Ədliyyə Nazirliyi Penitensiar Xidməti

Alanın vöeni: 1700246911

Alanın hesabı: AZ63CTRE00000000000002478501

D 3. Büdcə təsnifatının kodu: 142330

D 4. Büdcə səviyyəsinin kodu: 7 fond 7

Təyinat: depozit

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün Qanunun 28.1-ci maddəsinə uyğun olaraq, 10.08.2021-ci il saat 12:00-a qədər aşağıdakı sənədləri təqdim edir.

1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 (qırx) bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1 (bir) %-i həcmində bank təminatı,

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8.İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır, notariat qaydada təsdiq edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender təklifi ilə bank təminatı sənədlərini 18.08.2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 19.08.2021-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə elektron portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada elektron portal vasitəsilə aparılır.


“Azərkosmos” ASC sistem monitorinqi üzrə mövcud proqram təminatlarının yenilənməsinə dair elektron tender elan edir

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Azərkosmos” ASC) sistem monitorinqi üzrə mövcud proqram təminatlarının (bundan sonra Mal) yenilənməsi üçün www.etender.gov.az portalında elektron tender keçirir və mikro, kiçik və orta sahibkarlıq subyektlərini tenderdə iştirak etməyə dəvət edir.

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: 40 AZN

Lot 1:

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Satınalan təşkilat: “Azərkosmos” ASC

VÖEN: 1302369281

H/h: AZ45AİİB38050049441601864118

Bankın adı: Kapitalbank ASC Gənclik filialı

Bankın VÖEN-i: 9900003611

Bankın kodu: 200189

M/h: AZ37NABZ01350100000000001944

SWİFT: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.Tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən sənəd;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifinin ümumi qiymətinin 1%-i (bir faiz) məbləğindən az olmayan bank təminatı (bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);

5.İddiaçının son bir ildə vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

6.Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

7.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

8.İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (məktub formasında);

9.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

10.İddiaçı barədə məlumat (Tenderin Əsas Şərtlər Toplusunda Əlavə 5-də göstərilən formada).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 06 avqust 2021-ci il saat 11:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 16 avqust 2021-ci il saat 17:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 17 avqust 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət edə bilərsiniz:

a) elektron poçtla:

[email protected]

b) telefonla:

(+994) 012 3100055

c) faksla:

(+994) 012 5650066


“Azərpambıq” Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - 1000 LT çarpaz asqı tipli dərmançiləyənin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Elçin Hüseynov, telefon +994(55)500-51-12 və ya [email protected]).

İştirak haqqı: İddiaçı iştirakçı statusunu almaq üçün 100 (yüz) manat məbləğdə iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

2.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

3.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2020-ci ili əhatə etməli);

4.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);

5.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

6.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

7.İddiaçının İnformasiya Sistemində işçilərinin sayı barədə məlumatları əks etdirən sənəd (əsas şərtlər toplusunun 3.1-ci maddəsinə əsasən Vergi və ya digər dövlət müəssisələri tərəfindən verilmiş);

8.Malların mənşə ölkəsini (mənşə sertifikatı) təsdiq edən sənəd;

9.İddiaçılar tələb olunan 15 ədəd aqreqatın satışını güzəşti şərtlərlə (lizinq yolu ilə) təqdim etməlidirlər;

10.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır.)

11.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13.08.2021-ci il saat 12:00 tarixinə qədər, bank təminatını və tender təklifini isə 23.08.2021-ci il saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 24.08.2021-ci il saat 12:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.