Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dərc edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatı və “ASAN xidmət” mərkəzləri üçün təsərrüfat mallarının  satınalınması ilə bağlı açıq tenderin keçirilməsi üzrə verilmiş elana əsasən iddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədlərin təqdim edilməsi 23.07.2021 saat 13:00 tarixinədək və tender təklifi ilə bank təminatı sənədlərinin isə 02.08.2021 saat 17:00 tarixinədək PORTAL VASİTƏSİLƏ təqdim edilməsi uzadılmışdır. İddiaçıların təklifləri 03.08.2021 saat 13:00 tarixində açılacaqdır.


“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsində 02.06.2021-ci il tarixdə keçirilən açıq tenderdə “EKSPA” MMC, “Arash Medical Company” MMC və “Albatros Heltkeyr” MMC qalib elan olunmuş və müqavilələr bağlanılmışdır.


Dövlət Sərhəd Xidmətinin tələbatı üçün “Respublika” qəzetinin 17 iyun 2021-ci il tarixli elanına əsasən Lot 25 “Propan qazı”nın satınalınması ilə bağlı açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ləğv edilmişdir.


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 2021-ci ilin tələbatı üçün keçirilmiş satınalma prosedurlarına uyğun olaraq lot 4 “Bədii tərtibat işləri”nin, lot 6 “Yemlik arpa və vələmir”in, lot 7 “Yonca otu”nun, lot 8 “Dəftərxana ləvazimatları”nın, lot 9 “Dərs vəsaitləri”nin, lot 10 “Şəxsi iş qovluqları”nın və lot 11 “Poliqrafiya və sərf materialları”nın satınalınmasına dair keçirilmiş açıq tenderin nəticələrini qiymətləndirmiş və tender təklifləri aksept edilmişdir.

Nəticədə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin tələblərinə uyğun olaraq  satınalma müqavilələri imzalanmışdır.


“AZƏRALÜMİNİUM” MMC Kipgəc və salniklərin (manjet, rezin həlqə və s.) satınalınması üçün 18.06.2021 tarixində elan olunmuş Açıq tenderdə  təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə “Dövlət Satınalmaları haqqında”  Azərbaycan Respublikası Qanununun 11.1 maddəsinə əsasən tenderin davamından imtina etmişdir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 21 aprel 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan dövlət satınalmalarının vahid internet portalı vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və Viləşçay su anbarının II növbəsinin tikintisinin texniki-iqtisadi əsaslandırılması və layihə-smeta sənədlərinin hazırlanması  işlərinin satın alınması üzrə “Hydrotrans Engineering Mühəndislik Mərkəzi” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 21 aprel 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan dövlət satınalmalarının vahid internet portalı vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və  Hacıqabul rayonu ərazisində Pirsaatçay su anbarının reabilitasiyası məqsədilə texniki-iqtisadi qiymətləndirmənin aparılması işlərinin satın alınması üzrə “Hidroloq” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.