Bildiriş
Reklam və elanlar

Bildiriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 21 aprel 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin inzibati binasının 4-cü mərtəbəsinin cari təmiri” işlərinin satınalınması üzrə “Alıbəyli Şirkəti” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerlərinin dəyişdirilməsi ilə bağlı “Bakı Metropoliteni” QSC 19 iyul 2021-ci il saat 15:00-da keçirilməsi nəzərdə tutulmuş “Bakı Metropoliteni” QSC üçün təmas rels yanlığının satınalınması üzrə Açıq Tenderin vaxtı 23 iyul 2021-ci il tarixə saat 13:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank təminatını 22 iyul 2021-ci il saat 13:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.


“AZƏRALÜMİNİUM” MMC tərəfindən 12 mart 2021-ci il tarixində elanı verilmiş Mexaniki ölçü və elektrik alətlərinin (müxtəlif ölçüdə və miqdarda) satınalınması üçün keçirilən elektron açıq tenderin qalibi AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, m. 63, ünvanında yerləşən “İnter Star” Beynəlxalq şirkəti olmuşdur. “İnter Star” Beynəlxalq şirkəti ilə 29.06.2021-ci il tarixində 123,119.31 AZN məbləğində müqavilə bağlanmışdır.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dərc edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatında və “ASAN xidmət” mərkəzlərində olan transformatorlara texniki dəstək xidmətinin satın alınması ilə bağlı açıq tenderin keçirilməsi üzrə verilmiş elana əsasən iddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədlərin təqdim edilməsi 23.07.2021-ci il saat 11:00 tarixinədək və tender təklifi ilə bank təminatı sənədlərinin isə 02.08.2021-ci il  saat 17:00-ci il tarixinədək PORTAL VASİTƏSİLƏ təqdim edilməsi uzadılmışdır. İddiaçıların təklifləri 03.08.2021-ci il saat 11:00 tarixində açılacaqdır.


Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1969-cu məhəllə ünvanında yerləşən “ASAN xidmət” mərkəzinin tikintisi (ikinci mərhələyə aid işlərin yekunlaşdırılması, mebel və avadanlıqların təchizatı və quraşdırılması) işlərinin satın alınması üçün 02 iyun 2021-ci il tarixində keçirilən tender prosesi üzrə ən aşağı qiymət təklifi təqdim etmiş “KİM Construction” MMC ilə satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən tibbi yardım nəqliyyat vasitələrinin satın alınması məqsədilə 2021-ci il 10 iyun tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 11 iyun tarixdə “Respublika” qəzetində dərc edilmiş təkliflər sorğusu prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Təkliflər sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının qərarına əsasən “Sun Cars” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən pikap tipli minik nəqliyyat vasitələrinin satın alınması məqsədilə 2021-ci il 10 iyun tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 11 iyun tarixdə “Respublika” qəzetində dərc edilmiş təkliflər sorğusu prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Təkliflər sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının qərarına əsasən “Diamond Motors” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.