Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən İKT avadanlıqları və proqram təminatının satınalınması məqsədilə elan edilmiş kotirovka sorğusunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının 07 iyun 2021-ci il tarixli yekun protokoluna əsasən “Caspel” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mətbəə məhsullarının satınalınması məqsədilə elan edilmiş kotirovka sorğusunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının 07 iyun 2021-ci il tarixli yekun protokoluna əsasən “Səma Qrafik” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 4 iyun 2021-ci il tarixində keçirilən kotirovkada Azərbaycan Ticarət-Sənaye  Palatasının “Azərekspertiza” birliyi qalib gəlib.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 19 iyul iş günü ilə müvafiq olaraq 17 iyul istirahət gününün yerlərinin dəyişdirilməsini nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Blankların” satın alınması ilə əlaqədar 24 iyun tarixində elan edilən açıq tenderə təqdim edilən ilkin sənədlərin son qəbul günü 19 iyul tarixindən 17 iyul tarixinə keçirilmişdir. 

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, tel: 012-499-73-54, 012-499-74-50.


“Bakı Metropoliteni” QSC tərəfindən 05.07.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC üçün İşıqlandırıcıların satınalınması üzrə iddiaçıların sayı 3 (üç)-dən az olduğuna görə tender baş tutmamış hesab olunmuş və davamından imtina edilmişdir.


“Beynəlxalq Münasibətlərinin Təhlili Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən rəhbər işçilərin və mütəxəssislərin işgüzar səfərlərinin təşkili üçün təyyarə biletlərinin satın alınması xidmətinin göstərilməsi məqsədilə 14 iyun 2021-ci il tarixində keçirilmiş kotirovka sorğusunda “BAKU HOTEL AND MANAGEMENT” MMC qalib gəlmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Ədliyyə Nazirliyi və struktur qurumlarının inzibati binalarında quraşdırılmış avadanlıqlara texniki servis xidməti işlərinin satınalınması məqsədiylə 16.06.2021-ci il tarixində “Respublika” qəzeti və www.etender.gov.az  vahid internet portalında verilmiş açıq tender elanında dəyişikliklərlə əlaqədar, tələb olunan sənədlərinin son təqdim olunma tarixi (tender təklifi və bank zəmanəti istisna olmaqla) 09.07.2021-ci il  saat 11.00-a, tender təkliflərinin (qiymət təklifi və təklifin təminatı ilə birlikdə) son təqdim olunma tarixi  17.07.2021-ci il saat 17.00-a,  tender təkliflərinin açılış tarixi isə 22.07.2021-ci il  saat 11.00-a qədər uzadılmışdır.