TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - Saatlı Pambıq İstehsalı və Emalı Zavodunda 581 kVt yük artımı üçün 1000 kVA-lıq komplekt transformator məntəqəsinin tikintisi işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https: //etender.gov.az / dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (Əlaqələndirici şəxs: Elçin Hüseynov, telefon +994(55)500 51 12 və ya [email protected]).

İştirak haqqı: İddiaçı iştirakçı statusunu almaq üçün 100 (yüz) manat məbləğdə iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

2.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır)

3.İşlərə cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd (diplom, şəhadətnamə, sertifikat)

4.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş)

5.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

6.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

7.İddiaçının İnformasiya Sistemində işçilərinin sayı barədə məlumatları əks etdirən sənəd (əsas şərtlər toplusunun 3.1-ci maddəsinə əsasən Vergi və ya digər dövlət müəssisələri tərəfindən verilmiş)

8.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır)

9.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29.07.2021-ci il saat 12:00 tarixinə qədər, bank təminatını və tender təklifini isə 06.08.2021-ci il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 09.08.2021-ci il saat 12:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.