Kotirovka
Reklam və elanlar

Kotirovka

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Respublika Süni Mayalanma Mərkəzinin 2021-ci il üçün xərclər smetasının İstehlak malları və materialların alınması bölməsində nəzərdə tutulan Tibbi uzunqol əlcək satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər www.etender.gov.az Dövlət satınalmaların vahid internet portalına elektron imza ilə daxil olmaqla və ya Göygöl rayon Firuzabad qəsəbəsində yerləşən Respublika Süni Mayalanma Mərkəzinə müraciət etməklə ətraflı məlumat ala bilər.

Əlaqələndirici şəxs Mehdiyev Bayram, tel: 022 20 5 53 14; 077 299 22 08.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 16 iyul 2021-ci il saat 15:00-dan gec olmamaq şərti ilə Göygöl rayon Firuzabad qəsəbəsində yerləşən Mərkəzin ofisinə təqdim etməlidirlər. Sənədlər Azərbaycan dilində tərtib edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 16 iyul 2021-ci il saat 17-00-da açılacaqdır. İddaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.