TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

BAKI ŞƏHƏR MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİNİN SANİTARİYA VƏ TEXNİKİ TƏMİZLİK İDARƏSİ TEXNİKİ MƏQSƏDLƏR ÜÇÜN EMAL  EDİLMƏMİŞ XAM DUZUN SATIN ALINMASI İLƏ ƏLAQƏDAR

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) LOT üzrə keçirilir: “Texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması”.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.

İştirak haqqı: 500 AZN

Alan: Sanitariya və Texniki Təmizlik İdarəsi

H/H: AZ77CTRE00000000000002517243

VÖEN: 1500194341

Kitab nömrəsi: 011296/2517243

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T CTREAZ22

Büdcə səviyyəsinin kodu: 7y

İqtisadi təsnifat kodu:142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə təqdim etməlidirlər:

1.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi-ASAN PAY portalından link

2.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

3.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)

4.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

5.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

6.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

7.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

8.Digər sənədlər.

İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28.07.2021-ci il saat 10:00-a qədər, tender təklifi və bank təminatını isə 05.08.2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 06.08.2021-ci il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsiilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


FRANSA İNKİŞAF AGENTLİYİNİN (FİA) MALİYYƏ BENEFİSİARLARI TƏRƏFİNDƏN MƏSLƏHƏTÇİLƏRİN SEÇİMİ

“Dəmiryol Sektorunun İnkişafı Proqramı” “Azərbaycan Dəmir Yolları” QSC üçün yeni çeşidləmə stansiyasının (stansiyalarının) mümkün yerləşmə yeri, növü və ölçüsünün seçilməsi üzrə məsləhət xidmətləri

MARAQ İFADƏSİ ÜÇÜN DƏVƏT

Azərbaycan Respublikası Hökuməti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə birgə Azərbaycanda “Dəmiryol Sektorunun İnkişafı Proqramı” üzrə xərclərin maliyyələşdirilməsi məqsədilə Fransa İnkişaf Agentliyinə (FİA) maliyyə vəsaitinin alınması üçün müraciət etmiş və bu vəsaitin bir hissəsini CAZ 1004 01 P saylı AFD Kredit Sazişinin B Komponenti çərçivəsində satın alınacaq məsləhət xidmətlərinə sərf etmək niyyətindədir.

Bu məsləhət xidmətinin məqsədi dəmir yolları vaqon çeşidləmə əməliyyatlarında effektivliyin və səmərəliliyin artırılmasında ADY-yə dəstəyin verilməsindən ibarətdir. Tapşırıq üzrə hədəflər aşağıdakılardır:

1. Yeni, təkmilləşdirilmiş çeşidləmə strategiyası hazırlamaq;

2. Yük çeşidləmə stansiyasını/stansiyalarını (növləri, yerləşməsi və ölçüsü daxil olmaqla) ehtiva edən sonrakı investisiya planını təklif etmək;

3. Manevr işləri üzrə fəaliyyətin ölçülməsi və hesabatlıq sistemini qurmaq.

İşlərin həcminə aşağıdakı xidmətlər daxil olacaq, lakin bunlarla məhdudlaşmayacaqdır:

1. Mövcud dəmiryol vaqonlarının çeşidlənməsi əməliyyatları və infrastrukturunun ehtiyaclarının qiymələndirilməsi və təhlili daxil olmaqla diaqnostikanın aparılması;

2. ADY-nin Çeşidləmə strategiyasının hazırlanması;

3. Çeşidləmə infrastrukturu və avadanlığı üçün tələb edilən investisiyaların qoyulması üzrə təklifin hazırlanması;

4. Çeşidləmə fəaliyyətinin idarə edilməsinin yaxşılaşdırılması, hesabatlıq və qiymətləndirmə sisteminin qurulması üzrə tövsiyələrin verilməsi.

Beləliklə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məsləhətçi şirkətləri yuxarıda təsvir olunan xidmətlərin göstərilməsi üçün maraq ifadələrini təqdim etməyə dəvət edir.

FİA tərəfindən maliyyələşdirilə bilmək üçün münasiblik meyarları FİA-nın http://www.afd.fr internet səhifəsində onlayn əldə oluna bilən “Xarici ölkələrdə FİA tərəfindən maliyyələşdirilmiş müqavilələr üçün Satınalma Təlimatları”nın 1.3-cü altbəndində göstərilmişdir. FİA tərəfindən maliyyələşdirilə bilmək məqsədilə münasibliyin təsdiqlənməsi üçün məsləhətçi şirkətlər öz maraq ifadələrində lazımi qaydada imzalanmış Qərəzsizlik Bəyannaməsini təqdim etməlidir. Bəyannamə İngilis dilində təqdim edilməlidir. Məsləhətçilər aşağıdakı ünvana müraciət etməklə bəyannamənin İngilis dilində mətnini, Azərbaycan dilinə tərcüməsi ilə birlikdə əldə edə bilərlər.

İddiaçı ya öz adından, ya da Birgə Müəssisənin (BM) üzvü kimi yalnız bir maraq ifadəsi təqdim etməlidir. Əgər İddiaçı (BM-nin istənilən üzvü daxil olmaqla) birdən çox maraq ifadəsi təqdim edərsə və ya birdən çox maraq ifadəsində iştirak edərsə, bütün bu maraq ifadələri rədd ediləcəkdir. Lakin, eyni subməsləhətçi bir neçə maraq ifadəsində iştirak edə bilər.

Əgər İddiaçı Birgə Müəssisə şəklində maraq ifadəsi təqdim edərsə, bu maraq ifadəsinə bütün üzvlər tərəfindən imzalanmış BM haqqında Razılaşmanın bir nüsxəsi və ya imzalanacaq Razılaşmanın layihəsi ilə birlikdə bütün üzvlər tərəfindən imzalanmış BM haqqında Razılaşmanın imzalanacağına dair niyyət məktubu daxil edilməlidir. Bu sənəd olmadıqda, digər üzvlər Subməsləhətçilər hesab ediləcəkdir. Maraq ifadələrinin qiymətləndirilməsində Subməsləhətçilərin təcrübələri və ixtisasları nəzərə alınmır.

Xidmətlərlə maraqlanan məsləhətçilər sözügedən xidmətlərin göstərilməsi üçün ixtisas uyğunluqlarına malik olduğunu və təcrübəli olduğunu əsaslandıran məlumatı təqdim etməlidirlər. Bu məqsədlə, ən son və oxşar xidmətlərin göstərilməsini təsdiqləyən sənədlər təqdim olunmalıdır.

Oxşar təcrübənin müəyyən olunması aşağıdakı meyarlara əsaslanacaqdır:

- dəmir yolu qurğularının təsis edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında ən az 10 illik təcrübə;

- son 10 il ərzində yükdaşıma əməliyyatları və/ və ya çeşidləmə parkı və/ və ya digər oxşar dəmir yol qurğuları üçün texniki-iqtisadi əsaslandırma və ya təklif olunan tapşırıq üçün Texniki Tapşırıqda göstərilmiş vəzifə və funksiyaları əhatə edən digər oxşar tapşırıqlara uyğun ən azı 3 layihədə məsləhət xidməti təcrübəsi;

- coğrafi təcrübə (Şərqi Avropa və MDB ölkələrində olan təcrübəyə üstünlük veriləcəkdir).

Sifarişçi maraq ifadələrinin qiymətləndirilməsi zamanı aşağıdakını da nəzərə alacaqdır:

- Məsləhətçi İSO 9001 və ya son standartlar ilə dəstəklənən keyfiyyətə zəmanət prosedurları və sertifikatlarından ibarət güclü idarəetmə potensialına malik olmalıdır.

Maraq ifadələrini təqdim edəcək şirkətlər arasından maksimum 6 məsləhətçi şirkət qısa siyahıya alınacaq və onlara Təkliflər Sorğusu Sənədi göndəriləcəkdir.

Maraq ifadələri 26 iyul 2021-ci il, yerli vaxtla saat 18:00-dan gec olmayaraq aşağıda göstərilən ünvana, əlbəəl, kuryer və ya elektron poçt vasitəsilə təqdim edilməlidir (elektron poçtla təqdimat mütləqdir).

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Əlaqələndirici şəxs: Seymur Qəhrəmanov, Layihə İdarəetmə Qrupu

Ünvan: Azərbaycan, Bakı, AZ1010, Dilarə Əliyeva küç. 230, 1-ci mərtəbə, otaq 163

Telefon: (+99412) 499 64 72; (+99412) 499 42 55; 

E-poçt ünvanı:         [email protected];

                        (cc) [email protected]

                        (cc) [email protected]

                        (cc) [email protected]

Maraq İfadələrinin Təqdimat Sənədinin üzərində ünvanlar dəqiq şəkildə qeyd olunmalıdır.

Xidmətlərlə maraqlanan məsləhətçilər əlavə məlumatı yuxarıda qeyd edilən ünvandan Bakı vaxtı ilə saat 10:00-dan 17:00-dək əldə edə bilərlər.


Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2021-ci ildə Abadlıq işlərinin satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 LOT üzrə aparılır:

LOT-1. Abadlıq işləri

Tender İştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs Elsevər Quliyev telefon (021) 215-32-88. Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti-12.

Tenderdə iştirak etmək istəyənlər dövlət satınalmalarının vahid internet portalında “Asan ödəniş” sisteminə keçid edərək iştirak haqqını aşağıda göstərilən hesaba nağdsız ödəniş etməklə azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron portal üzərindən əldə edə bilər.

İştirak haqqı:

LOT-1 – 350 (üç yüz əlli) manat

Təşkilat: Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

13 saylı Regional Xəzinədarlıq İdarəsi

Hesab №-si: AZ52CTRE00000000000002513037

VÖEN: 2100568691

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab:

AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayışlar tender komissiyasının adına olmalıdır);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti (Forma 1, Forma 2);

- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının gördüyü anoloji işlər haqqında məlumat;

- tender təkilifi (zərflər açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır); - Digər sənədlər, o cümlədən maddi texniki bazası, maşın, mexanizm və digər texnikanın mövcudluğu;

Sənədlər azərbaycan dilində tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri azərbaycan dilinə tərcümə olunmalıdır.

Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirələcəkdir.

LOT-1 “Abadlıq işləri” üzrə iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 09 avqust 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 13 avqust 2021-ci il saat 11:00-dək portal vasitəsi ilə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təklif olunan təkliflər qəbul olunmayacaqdır.

Tender təklifləri 18 avqust 2021-ci il tarixdə saat 11:00-da elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - Saatlı PİEZ-də yenidən qurulması işlərində istifadə olunacaq tikinti materiallarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Elçin Hüseynov, telefon +994(55) 500-51-12 və ya [email protected]).

İştirak haqqı: İddiaçı iştirakçı statusunu almaq üçün 100 (yüz) manat məbləğdə iştirak haqqının ödənilməsini yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak edən iddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

1.Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

2.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

3.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2021-ci ili əhatə etməli);

4.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);

5.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

6.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

7.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);

8.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27.07.2021-ci il saat 12:00 tarixinə qədər, bank təminatını və tender təklifini isə 04.08.2021-ci il saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 05.08.2021-ci il saat 12:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


Xaçmaz Regional Mədəniyyət İdarəsi

Dəftərxana və təsərrüfat mallarının satın alınması - İştirak haqqı 400 AZN

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 28.07.2021-ci il saat 12:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı 05.08.2021-ci il saat 12:00

Zərflərin açılış tarixi və vaxtı 06.08.2021-ci il saat 12:00

Təşkilati və hüquqi sənədlər:

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi)

İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd.

Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması:

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

İddiaçının Rekvizitləri:

Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

Satınalma prosedurlarının başlanmasından əvvəlki 3 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

Qeydiyyatdan keçdiyi ölkə:

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd.

İddiaçının Nizamnaməsi:

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra azı 60 bank günü təşkil etməlidir

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

2%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatını təqdim edilməlidir.

Nəsirova Sevinc

Baş mühasibin vəzifələrini m.i.e.

[email protected]

(050)416-84-14.


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA”  əhdud Məsuliyyətli Cəmiyyəti “COVİD-19” virusu ilə əlaqədar tibbi testlərin və müvafiq analizlərin aparılması üzrə satınalmalarla əlaqədar

ELEKTRON AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (PORTAL) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini PORTAL vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: 100 (yüz) manat

Tenderdə iştirak haqqının ödənilməsi üçün bank rekvizitləri:

VÖEN: 1701953921

“Kapital Bank” ASC-nin Mərkəzi filialı

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AİİBAZ2X

M/h AZ37NABZ01350100000000001944

“MİDA” MMC

Hesab: AZ18AİİB38030019440029636102

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8.İddiaçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları PORTAL vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.08.2021-ci il saat 12:00-a qədər və tender təklifi ilə bank təminatını 10.08.2021-ci il saat 12:00-a qədər PORTAL vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11.08.2021-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə PORTAL vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.