Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana səfərə gəlib
Digər xəbərlər

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana səfərə gəlib

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

AZƏRTAC