Ukrayna Ali Radası Azərbaycandan olan tələbələrə əlavə imkanların yaradılması üçün qanunvericiliyə dəyişikliklər edir
Elm və təhsil

Ukrayna Ali Radası Azərbaycandan olan tələbələrə əlavə imkanların yaradılması üçün qanunvericiliyə dəyişikliklər edir

Ukraynada təhsil alan Azərbaycandan olan tələbələr üçün əlavə imkanlar yaradılacaq.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Ali Radanın Təhsil, Elm və İnnovasiya Komitəsinin üzvü Valeriy Kolyux məlumat verib.

Deputatın sözlərinə görə, Ali Radanın Təhsil, Elm və İnnovasiya Komitəsi xarici tələbələri Ukrayna universitetlərinə cəlb etmək və onların ali təhsil almasına daha əlverişli şərait yaratmaq üçün Ukrayna qanunvericiliyində dəyişikliklər üzərində işləyir.

“Ukraynanın Təhsil və Elm Nazirliyinin məlumatına görə, Azərbaycandan 4,5 mindən çox tələbə ölkəmizdə ali təhsil alır. Azərbaycandan olan abituriyentlərin Ukraynadakı ali təhsilin keyfiyyətini yüksək qiymətləndirməsi bizə çox xoşdur və biz də öz tərəfimizdən Ukraynada təhsil almaq istəyən gənclər üçün əlavə təşviq və şərait yaratmaq istəyirik”, - deyə Valeriy Kolyux əlavə edib.

AZƏRTAC