Bildiriş
Reklam və elanlar

Bildiriş

“Kürdəmir Quşçuluq” ASC-nin səhmdarlarının ümumi yığıncağı 16 avqust 2021-ci il tarixində saat 10:00-da Kürdəmir rayonu, Ərəbxana kəndi ünvanında keçiriləcəkdir.

İclasın gündəliyində aşağıda qeyd olunan məsələlər durur:

1. Səhmdar cəmiyyətin Nizamnaməsinin yeni redaksiyada təsdiqi

2. İdarəetmə orqanının seçilməsi

3. Əsas vəsaitlərin istismara yararlılıq vəziyyətinin müzakirəsi

4. Digər məsələlər.

Ümumi yığıncaqda səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu: (070 323 40 89)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən 5 saylı (Xaçmaz) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasının qazlaşdırılması” işlərinin satın alınması üzrə “ENERMUS” QSC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


“Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində, Bakı-Salyan şosesinin 27-29-cu kilometrliyində yerləşən “Yeni şəhər” kompleksində müxtəlif adda təmir işlərinin yerinə yetirilməsinə dair 04.05.2021-ci il tarixində /www.etender.gov.az  və www.ask.gov.az internet saytlarında, həmçinin “Respublika” qəzetində elektron açıq tenderin keçirilməsi ilə bağlı elan dərc edilmişdir. Keçirilmiş satınalma prosedurunun nəticəsində, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə əsasən Sumqayıt şəhəri, məh.3, ev 6/21 ünvanında yerləşən “MEQAPLUS” Firması qalib gəlmişdir. Bu təşkilatla 29.06.2021-ci il tarixində 49 933.69 manat məbləğində müqavilə imzalanmışdır.


“Azərpambıq ASK” MMC tərəfindən “John Deere” markalı texnikalar üçün şpindel yuyucu maye və şpindel yağının satın alınması üçün elan edilən təkliflər sorğusu metodu ilə keçirilən satınalma prosedurunun tender sənədlərinin və qiymət təkliflərinin son təqdim olunma tarixi və vaxtı 01 iyul 2021-ci il saat 14:00-dan 06 iyul 2021-ci il saat 14:00-dək uzadılır. Zərflərin açılması tarixi və vaxtı isə 01 iyul 2021-ci il saat 16:00-dan 06 iyul 2021-ci il saat 16:00-a dəyişdirilmişdir.