Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “Əməkdaşlar üçün xidməti yaşayış binasının əsaslı tikintisi işləri”nin satınalınması ilə bağlı keçirilən açıq tender üzrə “Respublika” qəzetinin 08.05.2021-ci il və 25.05.2021-ci il tarixlərində dərc olunmuş elanda qeyd edilmiş 22.06.2020 sözləri 22.06.2021 kimi nəzərə alınmalıdır.


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi respublika ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədi ilə “Abşeron rayonunun, Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı ünvanında yerləşən 5 mərtəbəli 4 bloklu, zirzəmili yaşayış binasında yerləşən baş vermiş partlayış nəticəsində mənzillərə dəymiş ziyanın aradan qaldırılması” obyekti üzrə “Dövlət satınalmaları haqqında “Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərinə uyğun olaraq, “Təkliflər sorğusu” üsulu ilə müsabiqə keçirir.

Müsabiqədə iştirak etmək istəyənlər 2021-cı il 14 iyun saat 11:00-dək Bakı şəhəri, Füzuli küçəsi, bina 69, 5-ci mərtəbə, otaq 522-ci otağa müraciət edə bilərlər. Təkliflər sorğusu 14 iyun 2021-ci il saat 14:30-də keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Dilarə Qasımova, tel: 512 22 68


ARSN Sanator - Kurort Reabilitasiya Mərkəzi (PHŞ) 29 aprel 2021-ci il tarixdə içməli suyun satınalınması məqsədilə, elektron satınalma vasitəsilə keçirilmiş açıq tender müsabiqəsinin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 19.05.2021-ci il tarixli, AİBNDX-15/01-5/3009p nömrəli və  07.06.2021-ci il tarixli, AİBNDX-15/01-5/3608p nömrəli məktubları əsasında “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun gəlmədiyi üçün ləğv edilmişdir.