Bildiriş
Reklam və elanlar

Bildiriş

 “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Müxtəlif növ mal-materialların satınalınması ilə əlaqədar açıq tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib. Açıq tender prosedurunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən “LAB TEST” QSC qalib elan edilib və onunla 955 997.86 AZN məbləğində satınalma müqaviləsi bağlanıb.


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dəftərxana və təsərrüfat mallarının satınalınması ilə əlaqədar açıq tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib. Açıq tender prosedurunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən “İntellekt M.A” MMC qalib elan edilib və onunla 71 453.06 AZN məbləğində satınalma müqaviləsi bağlanıb.


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xəz-dəri tipli hərbi geyimlərin satınalınması məqsədilə 26 may 2021-ci il tarixində “Respublika” qəzetində və www.etender.gov.az saytında açıq tenderin (elektron satınalmanın) keçirilməsi üçün verilən elan üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 30.2 yarımbəndinin tələblərinə əsasən tələb olunan sənədlərin son təqdim olunma tarixi (tender təklifi və bank zəmanəti istisna olmaqla) 05.07.2021-ci il saat 11:30, tender təkliflərinin (tender təklifinin təminatı ilə birlikdə) son təqdim edilmə tarixi 13.07.2021-ci il saat 11:30, iddiaçıların təkliflərinin açılış tarixi isə 14.07.2021-ci il saat 11:30 tarixədək uzadılmışdır.


Nizami rayon MKTB “Respublika” qəzetinin 18.06.2021-ci il tarixli 125-ci sayında dərc edilmiş kotirovka sorğusu elanının ləğv olunduğunu bildirir.


Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən 23.04.2021-ci il tarixdə “Dənizkənarı Milli Park ərazisi üçün güllərin və kolların satınalınması” üzrə keçirilmiş açıq tenderdə “Girasol” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi bağlanmışdır.


15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Astara rayonu üzrə ümumtəhsil müəssisələrinə 2021-ci il üçün tələb olunan istilik enerjisinin (odun yanacağı) satınalınması məqsədilə, 02 iyun 2021- ci il tarixdə keçirilmiş açıq tenderin qalibi  “BROADEN-SR” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş  və onunla 16 iyun 2021-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.


15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Lənkəran şəhəri (rayon) üzrə ümumtəhsil müəssisələrinə 2021-ci il üçün tələb olunan istilik enerjisinin (odun yanacağı) satınalınması məqsədilə, 02 iyun 2021-ci il tarixdə keçirilmiş açıq tenderin qalibi  “BROADEN-SR” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş  və onunla 16 iyun 2021-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.

15 saylı  Ərazi Maliyyə  Hesablaşma  Mərkəzi  Lerik rayon üzrə ümumtəhsil müəssisələrinə 2021-ci il üçün tələb olunan istilik enerjisinin  (odun yanacağı) satınalınması məqsədilə, 02 iyun 2021-ci il tarixdə keçirilmiş açıq tenderin qalibi  “MENNOM LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş  və onunla 16 iyun 2021-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.


DÜST 9078-84 standartında 5000 ədəd 800*1200 mm ölçülü və 35 000  ədəd 1000*1200 mm ölçülü taxta altlıqların satın alınmasına dair 19.04.2021-ci il tarixində elektron açıq tender proseduru keçirilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən keçirilmiş elektron açıq tender prosedurunun bütün tender təkliflərinin rədd edilməsinə qərar verilmişdir.