Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb
Siyasət

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda layihənin uğurlu icrasının Türkiyənin iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.

AZƏRTAC