Türkiyə və Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları tarixi saxtakarlıqdır
Tarix

Türkiyə və Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları tarixi saxtakarlıqdır

Bütün arxiv sənədləri və faktlar da bunu təsdiqləyir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində göstərilir ki, tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayırlar. Bəyannamədə qeyd olunur ki, bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılmasına və bu mövzuda tarixçilər tərəfindən araşdırılmasına yönəlmiş səylər qətiyyətlə dəstəklənir.

Ermənistan niyə arxivlərin açılmasına qarşıdır? Çünki özləri də çox gözəl anlayır ki, tarixdə belə bir şey mövcud olmayıb, bu, onların uydurmaları, fantaziyalarıdır.

Çünki arxivlər açılarsa, məlum olacaq ki, onların əslində Qafqazda vətəni, torpağı olmayıb. Məlum olacaq ki, onlar Qafqaza gəlmə xalqlardır.

Arxiv sənədləri təsdiqləyir ki, ermənilərin Bakıya axını əsasən neft sənayesinin sürətlə inkişaf etdiyi 1870-ci illərdən başlayır. Ancaq himayədarlarından istifadə edərək, bundan məharətlə bəhrələnərək qısa zaman kəsiyində Bakıda yerli müsəlmanları sıxışdırmağa nail ola biliblər.

Məsələn, Qafqaz Quberniyası Jandarm İdarəsinin rəis müavini 1897-1898-ci illərə dair siyasi icmalında (icmal Azərbaycanın Dövlət Arxivində saxlanılır və mühafizə edilir) yazır ki, “ermənilər əsasən bağçılıq, şərabçılıqla, bir hissəsi də talançılıqla məşğul olur. Bu xalq yüksək səviyyədə etibarsız, qapalı, tamahkar, mənfəətgüdəndir. Buna görə də daim siyasi cəhətdən güclü nəzarət altında saxlanılmalıdırlar”.

Tarixi sənədlər, faktlar bu millətin müasir Ermənistan dediyimiz ərazi ilə heç bir bağlılığı olmadığını, onların dənizdən-dənizə “böyük Ermənistan” mifinin saxta və uydurma olduğunu təsdiqləyir. Hər zaman imperialist dairələrin, dövlətlərin yalançı vədlərinə və hərbi-siyasi dəstəyinə güvənən erməni milləti yuva qurduğu torpaqların (türklərin, azərbaycanlıların) əsl sahiblərinə qarşı xəyanətkarlıq etmişlər. Onlar türk xalqlarına, o cümlədən azərbaycanlılara qarşı terror yolunu seçmiş, qadınları, uşaqları öldürməklə məşğul olmuşlar.

Ermənilərin xalqımıza qarşı istifadə etdikləri təcavüzkarlıq metodları əsrlər boyu dəyişilməz olaraq qalmışdır. Yəni Xocalı və digər faciələrimiz onların dəyişilməyən xarakterlərinin mahiyyətini əks etdirir.

Arxivlərdə isə ermənilərin yuxarıda dediyimiz bu xislətlərini əks etdirən kifayət qədər təsdiqləyici materiallar var. Dövlət Tarix Arxivində xüsusi şifrə ilə mühafizə olunan, 1877-1878-ci illəri əks etdirən materiallar saxlanılır. Həmin dövr Osmanlı-Rusiya müharibəsinə təsadüf edir. Bu vaxt ermənilər Osmanlı imperiyasına sığınaraq (köçüb gəlmişdilər) torpaq almışdılar. Bu dövlətin vətəndaşları olsalar da, cəbhədə-müharibədə türkləri arxadan vururdular. Rusiya hərbi birləşmələrinin tərkibinə keçib, Türkiyəyə qarşı vuruşan ermənilər isə ağaları tərəfindən “mükafatlandırılırdı”: yaralandıqdan sonra onlar bu imperiyanın tərkibinə daxil Azərbaycana - Bakıya köçürülürdü. 1877-ci ildə (cəmi bir ildə) Bakıya 432 erməni ailəsi (təxminən 4 min nəfərdən çox) köçürülmüş və bu proses illər boyu eynilə təkrarlanmışdır.

Rusiya hərbi birləşmələrinin tərkibinə keçərək Osmanlı imperiyasına qarşı vuruşan ermənilərin zaman-zaman Azərbaycana köçürülməsini təsdiq edən tarixi sənədlər, faktlar bu gün Azərbaycanın Dövlət Arxivində mühafizə edilərək saxlanılır.

Arxiv sənədləri təsdiqləyir ki, 1816-cı ildə Bakıda (qala və ətrafında) 5260 azərbaycanlı əhali olub, 1860-cı ildə isə onların sayı 11570 nəfər təşkil edib. Amma göstərilən dövrdə ermənilərin sayı süni şəkildə 3 dəfə artırılıb. Yəni ermənilər 50 il ərzində Bakıda 283 nəfərdən 655 nəfərə yüksəliblər.

Ermənilərin sayca çoxalması isə zaman keçdikcə öz “sözünü” deyirdi, daha doğrusu, erməni xisləti özünü göstərirdi. XX əsrin əvvəllərində erməni terrorçu təşkilatı olan “Daşnaksütyun”un təşkilatçılığı ilə Bakıda, Gəncədə, Qubada, Şuşada, digər şəhər və kəndlərimizdə ermənilər azərbaycanlılara qarşı qırğınlar törətdilər.

Əlbəttə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu məsələləri həmişə diqqətdə saxlayır. 44 günlük müharibə və tarixi, şərəfli Qələbəmiz öz yerində, amma bundan əvvəllər də ölkə rəhbərliyi erməni yalanlarını hər zaman ifşa edib, beynəlxalq tribunalardan bəhrələnərək əsl həqiqətləri cəsarətlə söyləyib, məharətlə siyasi, informasiya, ideoloji mübarizə aparıb.

Beləcə, 44 günlük şanlı qələbəmizin bünövrəsi illər öncə beynəlxalq tədbirlərdə qoyulmuşdu, yəni informasiya, ideoloji cəbhədə. Hərbi sahədə isə 2016-cı ilin Aprel döyüşləri düşmənin belini sındırmış, erməni ordusunun məğlubedilməzliyi barədə mifi dağıtmışdı.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi isə bir daha belə hadisələrin baş verməməsi üçün siyasi, hərbi zəmin yaradır, iki qardaş türk dövlətinin erməni yalanına, iftirasına, hücumuna qarşı gücünü birləşdirir və ortaya qoyur.

Nəriman CAVADOV,

“Respublika”.