TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

HİNDİSTANIN BAKIDAKI SƏFİRLİYİ

(AZƏRBAYCAN)

****

TENDER ELANI

Mötəbər, nüfuzlu və təcrübəli şirkətlər Hindistanın Bakıdakı Səfirliyinin binasında daxili telefon əlaqəsi sistemi (interkom) kabellərinin alınması və çəkilməsi və interkom avadanlıq sisteminin quraşdırılması üzrə möhürlü tenderlər təqdim etməyə dəvət olunur.

Tenderlər / təkliflər 15 iyul, 2021-ci il tarixinədək möhürlü zərfdə Hindistanın Bakıdakı Səfirliyinə təqdim olunmalıdır. Daha ətraflı məlumatı http://eprocure.gov.in/cppp və yaxud https://www.indianembassybaku.gov.in saytının əsas səhifəsində “Tender Elanları” bölməsindən əldə etmək olar və yaxud Hindistanın Bakıdakı Səfirliyinə [email protected]  e-mail ünvanı və yaxud 994 12 5646344 / 54 telefon nömrələri vasitəsilə müraciət edə bilərsiniz.


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatı tərəfindən maliyyələşməsi həyata keçirilən nəqliyyat vasitələrinin təmirinin satınalınması ilə əlaqədar

AÇIQ TENDER  ELAN EDİR

Tender proseduru Qanunun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir. Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az  dövlət satınalmalarının vahid internet portalına daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər müəyyən edilmiş məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba (etender.gov.az saytında “ASAN ÖDƏNİŞ” sistemi vasitəsi ilə) köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu portal vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini elektron qaydada təqdim edə bilərlər.

İştirak haqqı - 100 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır

Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK: CTREAZ 22

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatı  (Tender)

Hesab № AZ69CTRE00000000000002477908

VÖEN:1600189981

Büdcə təsnifatının kodu: 221100

Büdcə səviyyəsinin kodu: 3

Əlaqə telefonu: 492-65-93

Əlaqələndirici şəxs: Elnur Abbasov-baş mühasib

Tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədləri Portal vasitəsilə təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i (bir faizi) həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışı, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə uyğunluq sertifikatları;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergi bəyannaməsi);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq vahid internet portalı (www.etender.gov.az) vasitəsi ilə elektron qaydada keçiriləcəkdir. İddiaçılar tender ilə bağlı sualları vahid internet portalında nəzərdə tutulmuş müvafiq bölmədə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 23.07.2021-ci il saat 18:00-ə qədər, tender təklifi və bank təminatı isə 30.07.2021-ci il saat 18:00-ə qədər  portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 02.08.2021-ci il tarixdə saat 09:00-da portal vasitəsi ilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi, yazışmalar, sual-cavablar və digər prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.