Azercell AVRO-2020-də yüksək keyfiyyətli mobil şəbəkə təqdim edir
Reklam və elanlar

Azercell AVRO-2020-də yüksək keyfiyyətli mobil şəbəkə təqdim edir

Ölkəmizdə keçirilən futbol üzrə Avropa çempionatının oyunlarında lider mobil operator gücləndirilmiş rejimində çalışır

Azercell TelekomMMC Bakıda keçirilən AVRO-2020 oyunlarında abunəçilərini müasir yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edir. Bu il futbol üzrə Avropa çempionatı çərçivəsində 4 oyunun paytaxtımızda təşkil edildiyini diqqət mərkəzində saxlayan lider mobil operator Bakı Olimpiya stadionunda, eləcə ətraf ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirib.

Futbol azarkeşlərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən Azercell ərazidə şəbəkənin tutumunu dəfələrlə artırıb. Qeyd edək ki, stadion daxilində ümumi mobil şəbəkə infrastrukturu məhz Azercell tərəfindən quraşdırılıb. Məkan  innovativ şəbəkə həlləri ilə təchiz edilibHəmçinin hazırda ərazidə Azercell-in səyyar mobil Radio Baza Stansiyası da fəaliyyət göstərir. Stadionda yüksəksürətli mobil internet xidmətləri təqdim edən Azercell tamaşaçılara oyunlardan təəssüratlarını dərhal paylaşmaq, sosial şəbəkələrdə canlı yayım etmək imkanı yaradıb.

AVRO-2020 çempionatına texniki hazırlıq çərçivəsində aparılan işlər qonaqların yerləşdiyi otelləri əhatə edib. Belə ki, mehmanxanalara xidmət verən stansiyalarda şəbəkənin keyfiyyətinin yoxlanılması istiqamətində aktiv işlər aparılır. Əlavə olaraq, Azercell paytaxtımızın qonaqlarına yüksək keyfiyyətli rominq xidmətləri təqdim etmək üçün tərəfdaş operatorlarla daima əlaqədədir mütamadi olaraq müvafiq test işləri həyata keçirir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu quraşdıranAzercell TelekomMMC-nin ölkə ərazisi üzrə əhatə dairəsi 94%, ölkə əhalisi üzrə isə 98,7% təşkil edir. Təkcə son 2 il ərzində lider mobil operator LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsini 35,9%-dən 85,5%-ə, coğrafi dairəsini isə 22,5%-dən 73,3%-ə qədər genişləndirib. Hazırda bu texnologiya ilə işləyən Radio Baza Stansiyaların ümumi sayı isə 2775-ə çatdırılıb.