Sosial sığorta şəhadətnaməsi ləğv olunur
Sosial həyat

Sosial sığorta şəhadətnaməsi ləğv olunur

Qanunvericiliyə sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını nəzərdə tutan əlavə edilib. Bu barədə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Prezident İlham Əliyev Dövlət sosial sığorta sistemində fərdi uçot haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqındaQanunları təsdiq edib bununla əlaqədar Fərmanlar imzalayıb. Yeni qanunlarla dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb. İndiyədək qanunvericilikdə əksini tapandövlət sosial sığorta şəhadətnaməsisözləri sadəcə olaraqsosial sığortailə, “dövlət sosial sığorta şəhadətnaməsi olmayansözlərifərdi uçota alınmamışsözləri, “şəhadətnaməsinin verilməsisözlərisistemində fərdi uçotun həyata keçirilməsisözləri ilə əvəzlənib. Həmçinin Əmək Məcəlləsinin 48-ci maddənin 1-ci hissəsindəki dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)” sözləri çıxarılıb.

Beləliklə, aparılan sosial islahatların tərkib hissəsi kimi, elektronlaşma proqramı çərçivəsində fərdi uçot barədə dolğun e-informasiya bazaları formalaşdırılıb. Hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır. Bu kimi innovativ həllərin nəticəsi olaraq e-sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraqsosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb. Eyni zamanda, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqındaQanuna sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasının təmin edilməsini nəzərdə tutan əlavə edilir.

Qeyd olunur ki, dövlət başçısının  5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılane-sosialinternet portalı  vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir.

Respublika”.