Aqrar sahəyə dövlət qayğısı
İQTİSADİYYAT

Aqrar sahəyə dövlət qayğısı

Ölkəmizin şimal bölgəsində yerləşən Xızı rayonu öz mürəkkəb landşaftı ilə seçilir. Ərazisinin böyük hissəsi Qafqaz dağlarının yan silsiləsinə (ən hündür zirvəsi Dübrar 2205 metr) onun ətəkləri sayılan boz çöllərə düşür. Daha bir hissəsi isə Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsi ilə Siyəzən rayonu arasındakı Xəzər dənizinin sahilindən ibarətdir.

Təbiəti kəskin iqlimə malikdir. Yayda isti, qışda isə sərt şaxtalar burada vaxtaşırı əsən möhkəm passat küləklərlə müşayiət olunur. Buna baxmayaraq, respublikamızın məşhur istirahət zonası Altıağac məhz Xızı rayonundadır.

Tarixən Xızı əhalisi kənd təsərrüfatı ilə məşğul olub. Rayonun ənənəvi olaraq əsas kənd təsərrüfatı sahələri əkinçilik heyvandarlıqdır. Həmin sahələrin bugünkü vəziyyətini öyrənmək üçün müxbirimiz Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xozeyin Əliyevlə görüşərək ondan bu barədə danışmağı xahiş etmişdir. Xozeyin müəllim dedi:   

- Azərbaycanda dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində idarə təşkilatların, o cümlədən Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin (XDAİM) üzərinə bir sıra vəzifələr düşür. XDAİM- gündəlik olaraq vətəndaşların qəbulu təşkil edilir. Onların müraciətlərinə mövcud qanunlarımızın tələbləri əsasında baxılır cavablar verilir.

Mərkəz tərəfindən 2020-ci il ərzində bir çox işlər görülüb. Rayon üzrə proqnozlaşdırılan 6 min hektar sahədən 5800 hektarında şum işləri aparılmış, 2021-ci ilin məhsulu üçün rayon üzrə 5300 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Ondan 3350 hektar sahədə payızlıq buğda, 1950 hektar sahədə payızlıq arpa səpini aparılmışdır.

Cari ildə təkrar qarğıdalı əkininin aparılması məqsədilə razılaşdırılan 281,2 hektar sahənin 268 hektarında yaşıl yem təyinatı üzrə əkilmiş sahənin 268 hektarında biçin aparılmışdır. Aparılmış biçindən 6700 ton məhsul götürülmüşdür.

2021-ci ilin məhsulu üçün payızlıq əkin bəyanlarının qeydiyyatı aparılmışdır. Ötən il Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 434 nəfərin 1320 hektar əkin sahəsinin bəyanı qeydiyyatdan keçirilmişdir.

Məlum olduğu kimi, “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək üçün Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli 401 nömrəli Qərarına əsasənSüni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydasıtəsdiq edilmişdir. Rayonda 404 baş mal-qara süni yolla mayalandırılmış 207 baş buzov doğulmuşdur.

Rayon üzrə təsərrüfatında 3456 arı yeşiyi olan 133 nəfər arıçının EKTİS- qeydiyyatdan keçirilməsi təmin olunmuşdur.

Rayon üzrə qarayara xəstəliyinə qarşı revaksinasiya iribuynuzlu heyvanlarda 9384 baş xırdabuynuzlu heyvanlarda 72206 baş, atlarda 582 baş, dabaq xəstəliyinə qarşı xırdabuynuzlu heyvanlarda A.O. vaksini ilə 55475 baş iribuynuzlu heyvanlarda AO Asiya-1 vaksini ilə 19509 baş, Leptospiroza qarşı 3364 baş nodulyar dermatitə qarşı 8071 baş, xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinə görə 69393 baş, brusellyoz xəstəliyinə qarşı iribuynuzlu heyvanlarda Brudoll vaksini ilə 4426 baş xırdabuynuzlularda isə REV-1 vaksini ilə 64313 baş təşkil etmişdir.

Mərkəzin texniki nəzarətin təşkili sektorunda 97 texnikaya baxış keçirilmiş, 2 nəfərə yeni sürücülük vəsiqəsi verilmiş, 25 nəfərin sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün yenisi ilə əvəz olunmuşdur.

2021-ci ilin I rübündə Xızı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən bir sıra işlər görülüb. Rayon üzrə 226 fermerin torpaq sahələrində payızlıq monitorinq işləri aparılmışdır. 10 hektar daha böyük torpaq sahəsi olan 16 fermerin torpaq sahələrində münbitlik göstəricilərinə nəzarət etmək, torpaqlardan daha səmərəli dayanıqlı istifadəsi üçün icbari aqrokimyəvi analiz götürülüb Abşeron Regional Aqrokimya Laboratoriyasına göndərilmişdir. 2021-ci ilin məhsulu üçün yazlıq əkin bəyanlarının qeydiyyatına başlanmışdır. Rayon üzrə 46 hektar arpa səpini aparılmışdır.

Cari ildə mərkəzin texniki nəzarətin təşkili sektorunda 24 texnikaya baxış keçirilmiş, 2 nəfərə yeni sürücülük vəsiqəsi verilmiş, 3 nəfərin sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün yenisi ilə əvəz olunmuşdur.

Bu ilin I rübündə rayon ərazisində heyvandarlıq sahəsində müəyyən işlər görülüb. İlin ilk üç ayında 124 baş mal-qara süni yolla mayalandırılmış, 93 baş buzov doğulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq olunmuşDövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 60 faizi güzəştli lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydalarına əsasən Xızı rayonu üzrə lizinq yolu ilə 10 baş damazlıq düyə alınmışdır.

Rayonda I rüb ərzində 9184 baş iribuynuzlu, 438 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyinə qarşı peyvəndlənmə aparılıb. 97 baş təkdırnaqlı heyvanda (atlarda) manqo xəstəliyinə qarşı diaqnostik müayinə malleinizasiya aparılıb. 635 baş iribuynuzlu heyvan vərəm xəstəliyinə qarşı tuberkulizasiya olunub. 56 baş iribuynuzlu heyvandan brusellyoz xəstəliyinə qarşı qan analizi götürülüb seroloji müayinə üçün laboratoriyaya göndərilib.

Eyni dövr ərzində heyvandarlıq binalarının (tövlə hinlərdə) 807 kvadratmetrində dezinfeksiya, 446 kvadratmetr ərazidə isə dezinfeksiya işləri aparılmışdır.

Sahibkarlara güzəştlə satılmış damazlıq heyvanların zoobaytar tələblərə uyğun saxlanılmasına, yemləndirilməsinə, süni mayalanmasına xüsusi diqqət yetirilir. Damazlıq təsərrüfatlara lazımi mütəxəssis köməkliyi göstərilir kənd əhalisi dövlət qayğısından razılıq edir.

Xızı Dövlət Aqrar İnkişaf Mərkəzi yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarının problem çatışmazlıqları ilə daim maraqlanır, nəticələr təkliflər, həmçinin onların həlli yolları barədə məlumatlar mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyinə yerli icra hakimiyyətinə verilir.

Söhrab SƏFİYEV,

Respublika”.