Kotirovka
Reklam və elanlar

Kotirovka

ADA Universiteti şəhər və ölkədaxili çatdırma  xidməti üzrə

Kotirovka sorğusu elan edir

Sorğuda iştirak etmək istəyənlər müraciət edə bilərlər. Kotirovka sorğusunda iştirak üçün sənədlər (Forma 2) qapalı zərfdə 24 iyun 2021-ci il saat 17:00-dək qəbul olunur.

Zərflərin açılışı 25 iyun 2021-ci il saat 12:00-da ADA Universitetinin A binasında A 301-ci otaqda keçiriləcəkdir.

Ünvan: ADA Universiteti, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağoğlu küç.,61.

Əlaqələndirici şəxs: Natiq Cabbarlı, Satınalma və müqavilələr üzrə baş mütəxəssis,

Tel.: (+99451) 226 85 46.

E-mail: [email protected]


Azərbaycan Memarlıq və İnşaat Universiteti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq kotirovka sorğusu ilə “Azərbaycan Memarlıq və İnşaat Universitetində sair torpaq tikili və avadanlıqlar, (inventarların alınması)” işləri üzrə satınalınmasını həyata keçirir.

Satınalmada iştirak etmək istəyənlər 24 iyun 2021-ci il tarixdə saat 15:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tender Komissiyasına müraciət edə bilərlər.

Təkliflər 25 iyun 2021-ci il tarixdə saat 15:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin I saylı tədris binasının 309-cu otağında Tender Komissiyasında açılacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.

Ünvanımız: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.

Əlaqə telefonu: 538-75-07.

Əlaqələndirici şəxs: Vasif Ələkbərov.


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Layihələndirmə və tikintiyə dair Dövlətlərarası Qaydalar Toplularının (6 ədəd) rus dilindən Azərbaycan dilinə autentik tərcümə (redaktə ilə) edilməsi” xidmətlərinin və Komitənin ehtiyacları üçün “Proqram təminatları”nın və “Kondisionerlərin cari təmir işləri”nin kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 24.06.2021-ci il saat 16:00-dək qəbul olunur. Kotirovka təklifləri olan zərflərin açılışına 25.06.2021-ci il saat 16:00-da başlanacaqdır.

Kotirovka sorğusu ilə maraqlananlar əlaqələndirici şəxs Elçin Kazımlı ilə əlaqə  saxlaya bilərlər.

Əlaqə telefonu: (012) 595-94-50 (daxili 182)

Ünvan: Bakı şəhəri, Füzuli küçəsi 65.


Xocavənd Mərkəzi RayonXəstəxanası 2021-ci il üzrə kotirovka sorğusu

ELAN EDİR

1. Mətbəə məhsulları üzrə xərcləri.

2. Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması.

3. Tikili və avadanlıqların cari təmiri.

4. Nəqliyyat vasitələrinin cari təmiri.

5. Maşın və avadanlıqların alınması.

6. Sair torpaq, tikili və avadanlıqlar.

7. Maşın və avadanlıqların əsaslı təmiri.

8. Nəqliyyat vasitələrinin əsaslı təmiri.

Ünvan: Xocavənd rayonu (Beyləqan ərazisi) 500 ailəlik yaşayış qəsəbəsi

Xocavənd MRX üzrə tender komissiyası

Əlaqə telefonu: iş (021) 223-54-01

Mobil: (050) 350-35-42.


“Azəralüminium” MMC Şüşə izolyasiya edən maddənin (Butil) təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar +99450 250 27 87 telefon nömrəsi və ya [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 05.07.2021-ci il  saat 18:00 tarixinədək qəbul olunur. Ünvan: Bakı ş., Yasamal ray., İzmir küçəsi 14, AZ1065.