“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738; 2005, № 6, maddə 466; 2007, № 5, maddə 401, № 11, maddə 1071; 2008, № 2, maddə 49; 2018, № 5, maddə 866; 2019, № 3, maddə 379) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.3-cü maddədə “müntəzəm olaraq” sözlərindən sonra “dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri əlavə edilsin;

1.2. 6-cı, 7.6.3-cü, 7.7.4-cü, 8.2.3-cü, 9.1.1-ci və 9.2.3-cü maddələr ləğv edilsin;

1.3. 7.6.2-ci və 7.7.3-cü maddələrdə “dövlət sosial sığorta şəhadətnaməsi olmayan” sözləri “fərdi uçota alınmamış” sözləri ilə əvəz edilsin;

1.4. 10.2.2-ci maddəyə “izah etmək” sözlərindən sonra “, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 aprel 2021-ci il