Sabirabad: Son zəng nurlu sabahlara səsləyir
Region

Sabirabad: Son zəng nurlu sabahlara səsləyir

Ölkəmizin ümumtəhsil məktəblərində ilk “Zəfər ili”nin “Son zəng”i çalındı. Müstəqil həyatın ilk pilləsinə qədəm qoyan yeniyetmələr əlamətdar tədbiri 44 günlük şanlı Qələbəmizin sevinc əhvali-ruhiyyəsi ilə qeyd ediblər.

Tədbirlər ümumtəhsil müəssisələrinin həyətyanı ərazisində, sosial məsafə gözlənilməklə, açıq hava şəraitində keçirildi. “Son zəng”də XI sinif şagirdləri, məktəb rəhbərliyi, məhdud sayda müəllim heyəti iştirak edib. Çıxış edənlər müstəqil həyatda məzunlara uğurlar diləyiblər. Onbirincilər isə öz ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş sevimli müəllimlərinə təşəkkürlərini çatdıraraq Vətənə layiqli övlad olacaqlarına söz veriblər.

2020-2021- ci tədris ilində Sabirabad rayonunun ümumtəhsil məktəblərində IX sinif üzrə 2264 nəfər, XI sinif üzrə  isə1275 nəfər şagird məzun olub.

Tofiq HÜSEYN,

“Respublika”.