Ombudsman Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüşüb
Digər xəbərlər

Ombudsman Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüş keçirib.

Görüş zamanı sahibkar qadınları maraqlandıran məsələlər barədə müzakirə aparılıb.

Səbinə Əliyeva Assosiasiya üzvlərini narahat edən əsas məsələlərlə tanış olub, Ombudsmanın səlahiyyətləri çərçivəsində qadın sahibkarlığının inkişafı, sahibkarların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, habelə Ombudsman təsisatı nəzdində fəaliyyət göstərən Biznes və insan hüquqları üzrə İşçi Qrup haqqında məlumat verib. 

Yekunda qeyd olunan sahədə mövcud olan problemlərin vaxtında aradan qaldırılması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla davamlı olaraq məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.

 

Mətbuat Xidməti.