Faktlar və rəqəmlər
Maraqlı

Faktlar və rəqəmlər

2021-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2021-ci ilin yanvar-may aylarında ölkədə 31532,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 4,5 faiz artmışdır.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3150,6 manata bərabər olmuşdur.

 

18,8 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,2 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 16,2 faiz artmışdır.

Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda, 31,2 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,7 faiz artmışdır.

 

Emal sektorunda məhsul istehsalı artıb

E mal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 98,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 96,3 faiz, tütün məmulatlarının istehsalı 86,3 faiz, elektrik avadanlıqlarının istehsalı 81,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 43,0 faiz, kağız və karton istehsalı 41,0 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,6 faiz, geyim istehsalı 20,5 faiz, qida məhsullarının istehsalı 7,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 3,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 faiz artmışdır. Hazır metal məmulatlarının istehsalı 4,7 faiz, içkilərin istehsalı 8,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 9,8 faiz, mebel istehsalı 28,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7 faiz, poliqrafiya məhsullarının istehsalı 63,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 70,9 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,6 faiz artmışdır.

 

Əsas kapitala yönəldilmiş vəsait

2021-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,0 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,1 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 7,9 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 3392,2 milyon manatı və ya 69,1 faizi məhsul istehsalı sahələrinə, 1143,2 milyon manatı (23,3 faizi) xidmət sahələrinə, 371,6 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2960,8 milyon manatını və ya 60,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3287,1 milyon manatı və ya 67,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,5 faiz, büdcə vəsaitləri 18,1 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 6,9 faiz, sair vəsaitlər isə 7,5 faiz təşkil etmişdir.