Azərbaycan Qərbi Balkan regionunu çoxşaxəli enerji qarışığı ilə təmin etmək gücünə sahibdir
İQTİSADİYYAT

Azərbaycan Qərbi Balkan regionunu çoxşaxəli enerji qarışığı ilə təmin etmək gücünə sahibdir

Dünyа qlоbаllаşdıqcа bəşəriyyətin qаrşısınа çıхаn prоblеmlərin birgə həllinə də zərurət çохаlır. Hər hаnsı dахili prоblеmlə üzləşən ölkələr оnun həlli yоlunu bəzən kənаrdа ахtаrmаq məcburiyyətində qаlır. Uzun müddət idi ki, Аvrоpаnın еnеrji təhlükəsizliyi prоblеmi də həllini gözləyirdi. Bu gün Аvrоpа İttifаqınа dахil оlаn ölkələrin əksəriyyəti “mаvi yаnаcаq”, bаşqа sözlə dеsək, təbii qаz idхаlındаn аsılıdır. Təbii qаz kömürdən fərqli оlаrаq аtmоsfеri nisbətən аz çirkləndirir ki, bu dа dаhа bir bəşəri prоblеm—ətrаf mühitin mühаfizəsi bахımındаn əhəmiyyətlidir. Digər tərəfdən, təbii qаz günəş və yа külək еnеrjisini bir аndа kоmpеnsаsiyа еdir, tələbаtı аnındа ödəmək mümkündür və о, hidrоеlеktrik еnеrji ilə də “yахşı tərəfdаşdır”. Bir sözlə, Аvrоpа İttifаqı хüsusən qаz mənbələrinin və mаrşrutlаrının şахələndirilməsində mаrаqlıdır və ittifаqа üzv ölkələrin еlеktrik sаhəsində kömürdən qаzа kеçid prоsеsinə stаrt vеrilib. Prоsеs gələcəkdə də dаvаm еtdiriləcək və Аİ еlеktrik istеhsаlındа bərpа оlunаn еnеrji mənbələrindən istifаdə еtmək niyyətindədir.


Enerji sahəsində dəyişikliyə gedən daha bir bölgə Qərbi Balkan regionudur. Belə ki, bu bölgənin ölkələri də dekarbonlaşdırma siyasətini həyata keçirməklə kömürü bərpa olunan enerji ilə əvəz etməyə çalışır. Deməli, “Cənub Qaz Dəhlizi” layihəsindən Qərbi Balkan ölkələri də faydalana bilər.

Yeri gəlmişkən deyək ki, “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə ilkin olaraq 16 milyard kubmetr qaz nəql ediləcək ki, bunun da 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri Avropanın payına düşür. Ancaq boru xəttinin daşıma qabiliyyətini genişləndirmək ehtimalı da var. Cənub Qafqaz Boru Kəməri və TANAP-ın daşıma potensialı 31 milyard kubmetrdir. TAP vasitəsilə isə 20 milyard kubmetr qaz nəqli mümkündür. Bu, o deməkdir ki, Azərbaycanın Xəzər dənizindəki yataqlarından (“Abşeron”-350 milyard kubmetr, “Ümid”-200 milyard kubmetr, “Babək”-400 milyard kubmetr), həmçinin “Qarabağ”, “Dan ulduzu” və “Əşrəfi” yataqlarından mövcud infrastruktur vasitəsilə əlavə qaz nəql edilə bilər. Bu isə Avropa ölkələrinə qaz tədarükünün artırılmasını mümkün edir.

“Cənub Qafqaz Dəhlizi” seqmentləri arasında TAP daha vacib birləşdirici xüsusiyyətə malikdir. Onun Avropanın BRUA layihəsi, “Yunanıstan-Bolqarıstan interkonnektoru” (İGB) və “İon-Adriatik” kimi qaz kəmərlərilə birləşmək potensialı var. Bu, enerji mənbələrindən faydalanmaq nöqteyi-nəzərindən, digər ölkələr üçün yeni perspektivlər açacaq. Qeyd edək ki, TAP Yunanıstan ərazisindən başlayır, Türkiyə—Yunanıstan sərhədində TANAP-a birləşir və ümumilikdə Yunanıstan, Albaniya və Adriatik dənizindən keçir. Onun sonuncu nöqtəsi İtaliyadır və TAP vasitəsilə ilk Azərbaycan qazı Avropaya 2020-ci il dekabrın 31-də çatdırılıb. Xəzər dənizindən avropalı istehlakçılara qazın çatdırılması həm də geosiyasi nöqteyi-nəzərdən tarixi an idi və bu, Azərbaycanın uğurlu enerji strategiyasının nəticəsidir. Bu strategiya isə ölkənin milli maraqlarının qorunmasına xidmət edir.

Avropanın “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi reallıqdır. Hətta 2019-cu ildən Aİ-nin təqdim etdiyi “Yaşıl saziş” çərçivəsində Aİ-nin enerji siyasətinin potensial olaraq dəyişməsi belə, onu Avropanın prioritet layihələri sırasından kənara qoymayacaq. Aİ “Yaşıl saziş” çərçivəsində 2050-ci ilə qədər “karbon neytrallığı”na nail olmaq niyyətindədir.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson 2021-ci il fevralın 11-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən 7-ci iclasında deyib ki, “Yaşıl saziş” “Cənub Qaz Dəhlizi” kimi layihələrə təsir göstərməyəcək. Onun sözlərinə görə “karbon neytrallığı”na keçid Aİ-nin qaza tələbatını ciddi şəkildə azaltmayacaq. Bu isə o deməkdir ki, Avropa üçün Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edir, eyni zamanda, qitənin dekarbonlaşdırma siyasətinə töhfə verir.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən 7-ci iclasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxışında deyib: “Birgə planlarımıza gəldikdə əminəm ki, bu gün siz İon-Adriatik boru kəmərinə dair məsələləri müzakirə edəcəksiniz. Əlbəttə, TAP-ın başa çatdırılması İon-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq və İon-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün yeni imkanlar yaradacağıq”.

Şaxələndirmə haqqında daha ətraflı danışan ölkə başçısı bildirib ki, bizim layihə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir. Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Azərbaycan qazı Avropa üçün yeni etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha da artıq ola bilər. Azəri-Çıraq-Günəşli yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar...

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının əhəmiyyətindən danışaraq deyib: “Ümid edirəm ki, bu gün layihənin genişləndirilməsi və Qərbi Balkanlara doğru genişləndirilməsində yeni bir səhifə açırıq”.

O.Varhelyi onu da qeyd edib ki, təbii qazın Qərbi Balkanlara keçid yanacağı kimi xüsusi rolu var: “...Qərbi Balkan iqtisadiyyatları arasında yeni qaz tədarükünə və qaz bazarının inkişafına maraq olduğunu bilirəm. Bu, son aylarda apardığımız məhsuldar müzakirələrdən aydın olub. Müzakirələrimizi və Azərbaycandan olan tərəfdaşlarımızın bu ilin yayı üçün planlaşdırdığı məcburi bazar testinin nəticələrini səbirsizliklə gözləyirəm və biz beləliklə, Avropa Komissiyasının səlahiyyətləri daxilində Azərbaycandan qazı Qərbi Balkanlara ən qısa müddətdə çatdıran lazımi infrastrukturun inşasına başlamalıyıq”.

İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin infrastruktur və enerji sistemləri üzrə baş direktoru Gilberto Diyaluçe “Cənub Qaz Dəhlizi” layihəsinin qlobal əhəmiyyətindən danışaraq onun enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu xüsusi vurğulayıb: “Bu gün şadam ki, “Cənub Qaz Dəhlizi”nin açılışı artıq reallıqdır və o, qaz təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edən istehlakçılara qaz qiymətlərini azaltmaq üçün rəqabəti gücləndirən və pik saatlarda istismar olunan qaz enerji stansiyaları vasitəsilə elektrik şəbəkəsinə tədricən bərpa olunan enerjinin daxil edilməsinə töhfə verən əsas infrastrukturdur. Dekabrın 31-də TANAP boru kəməri ilə qaz interkonnektor vasitəsilə Yunanıstana, həm Bolqarıstana çatdırılıb, bu iki ölkəni keçərək TAP ilə “Snam Rete Gaz” arasında interkonnektor nöqtəsində İtaliyaya daxil olub”.

Bu il may ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzində “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrin iştirakçıları da “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı münasibətlərini bildiriblər. Məsələn, ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor Deyvid Merkel demişdir: “Sizin və Azərbaycanın böyük heyranı olan mərhum Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi...”.

Azərbaycan Prezidenti İlham Əliyev isə münasibət bildirərək demişdir: “Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan “Cənub Qaz Dəhlizi”nin tamamlanması nöqteyi-nəzərdən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi... Ümid edirəm ki, bu iki mühüm sahə—enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, ... həm də regional sabitliyə ciddi töhfə verəcək”.

Gürcüstanın baş nazirinin müavini Eka Tkeşelaşvili Azərbaycanın regionda transformasiya xarakterli layihələrdə mərkəz rolunu oynadığını söyləyərək Qafqazın Avropanın ümumi enerji təhlükəsizliyi üzrə önəmli büro ölkəsinə çevrildiyini söyləmişdi. Azərbaycan Prezidenti məsələyə münasibət bildirərək demişdi: “... hazırda üzərində işlədiyimiz layihələrdən biri Qərbi Balkan ölkələrinin infrastrukturuna qoşulmaqla Avropanın enerji bazarında iştirakımızın genişləndirilməsindən ibarətdir”.

Ölkə başçısı 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri olmuş Zlatko Laqumaziyanın sualına cavab verərkən Avropa İttifaqı ilə Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində tərəfdaşlığı məsələsinə toxunaraq demişdir: “...növbəti gündəliyimizdə və planlarımızda biz “Cənub Qaz Dəhlizi”nin sizin regiona doğru genişləndirilməsini nəzərdə tuturuq. Söhbət xüsusən İon-Adriatik boru kəmərindən gedir. Bildiyim qədər, bu, artıq Avropa İttifaqının enerji portfelinin bir hissəsinə çevrilməkdədir. Bu, olduqca vacibdir, çünki bu layihənin icrası Azərbaycana Avropa İttifaqının və bəzi qeyri-üzvlərin, yəni, qonşularımızın, Bosniya və Herseqovina və Monteneqronun qaz bazarında öz iştirakını genişləndirmək imkanı verəcək. Bu, Azərbaycandan gələn qaz təchizatında alternativ mənbə olacaq”.

Ölkə başçısı həmçinin, bölgənin digər bir dövləti, Rumıniya ilə münasibətlərdən danışaraq Rumıniya ilə əməkdaşlığın fəal fazasını bərpa etməyin zəruriliyini qeyd edib. Bunun hər iki ölkə üçün faydalı olacağını deyib.

Bir sözlə, onu deyə bilərik ki, Azərbaycan Qərbi Balkan regionunu çoxşaxəli enerji qarışığı ilə təmin etmək gücünə sahibdir. Qarşıda isə uzun bir yol var və bu yolu qət etmək üçün səyləri birləşdirmək gərəkdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.