TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Respublika Uşaq Sanatoriyası

Dəftərxana və təsərrüfat mallarının satın alınmasına dair

Elektron satınalma elan edir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını Asanpay vasitəsi ilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 300 manatdır.

Ünvan Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov 37 (Əlaqələndirici şəxs: K.S.Əliyeva. telefon: 012 453 31 67 )

B1: Benefisiar (alan) bank

Adı: DXA

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. BİK: CTREAZ22

B2: Vəsaiti alan

Adı: Respublika Uşaq Sanatoriyası

Hesab hesab: AZ23CTRE00000000000002127402

VOEN: 1200020931

Büdcə təsnifatının kodu: 142330 (0524)

Büdcə səviyyəsinin kodu: 7

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.Tender təklifi

3.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı

4.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

7.İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

8.Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

9.Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

10.Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 02.07.2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatını isə 12.07.2021-ci- il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 13.07.2021-ci il saat 15:00-da Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.


Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması

İdarəsi tərəfindən 2021-ci təsərrüfat ili ərzində ayrılmış büdcə vəsaitləri çərçivəsində malların (iş və xidmətlərin) satınalınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot 1: “1C proqram təminatına texniki dəstək xidmətlərinin göstərilməsi” işlərinin satınalınması.

Malların (işlərin, xidmətlərin) qısa təsviri:

“1C proqram təminatına texniki dəstək xidmətlərinin göstərilməsi” işləri üzrə-1C HR, 1C Büdcə, 1C Peşə və 1C Maliyyə server proqram təminatının fasiləsiz fəaliyyətinin təmin edilməsi; 1C server jurnalının izlənilməsi; Mərkəzi və periferik bazalar arasında məlumat mübadiləsinin təmin edilməsi; 1C Maliyyə, HR, Büdcə və Peşə test bazasında  dəyişikliklərin yoxlanılması; Hər rüb üzrə göstərilən xidmət haqqında hesabatın (aktın) verilməsi. Sifarişçi tərəfindən təqdim olunan hesabat forması üzrə məlumatların hazırlanması (hesabatda daxil olan və emal olunan sorğuların sayı, onların razılaşdırılmış xidmət səviyyəsinə uyğun olub olmaması haqqında məlumat); İdarənin informasiya sistemlərində dəyişikliklər planlı surətdə, razılaşdırılmış qaydada və nəzarət altında həyata keçirilir. Görülmüş işin xüsusiyyətinin qısa təsviri təmin edilir.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1: 1000 (bir min) manat.

Tenderdə iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron formada təqdim etməlidirlər:

1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin, Nizamnaməsinin (əsasnaməsinin) surətləri və rekvizitləri;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə sənədi;

3.Tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

4.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır). Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8.Aşağıdakı aidiyyəti sənədlər:

8.1 İddiaçının cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

8.2 İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə məlumat;

8.3 İddiaçının ixtisas uyğunluğu barədə sənədlər (müəssisənin ştat cədvəli, cəlb olunacaq işçilərin təhsili, peşəkarlığı, təcrübəsi, kadr potensialı haqqında məlumatlar);

9.Podratçının müəyyən etdiyi digər sənədlər.

Bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. İddiaçılara Tenderlə bağlı hər bir məlumat Azərbaycan dilində təqdim ediləcəkdir. Aidiyyəti üzrə sənədlər Tender Komissiyasına portal vasitəsilə Azərbaycan dilində təqdim edilməlidir. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 01 iyul 2021-ci il saat 10:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 09 iyul 2021-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 12 iyul 2021-ci il saat 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

E-şərtlər toplusunu 09 iyun 2021-ci il saat 12:00 tarixindən sonra əldə edə bilərsiniz.