Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
Siyasət

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Nazirlər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

AZƏRTAC