Formula 1 pilotları Bakıda ağacəkmə aksiyasına qoşulublar
İdman

Formula 1 pilotları Bakıda ağacəkmə aksiyasına qoşulublar

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin pilotları 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə ağacəkmə aksiyasına qoşulmaqla Azərbaycan təbiətinə töhfə veriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiyada nazirliyin rəsmiləri, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov və Formula 1 pilotları iştirak ediblər. Aksiya çərçivəsində Hökumət Evinin qarşısındakı ərazidə sərv ağacları əkilib.

Xarici ölkələrdən gəlmiş qonaqların t

ədbirdə iştirak etməklə ətraf mühitin qorunmasına əməli töhfə vermələri sevindiricidir və həmin aksiya Azərbaycanda keçirilən Formula 1 yarışlarının tarixində bir yenilikdir.

Ağacların əkilməsində məqsəd ətraf mühiti qorumaqla gələcək nəsillərə daha gözəl təbiət bəxş etməkdir.

Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il 5 iyun tarixi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.

AZƏRTAC