MÜSTƏQİL AUDİTORUN  HESABATI
Digər xəbərlər

MÜSTƏQİL AUDİTORUN  HESABATI

“Bakı-Pivə” Açıq Səhmdar Cəmiyyətinin təsisçilərinə:

Rəy

Biz, “Bakı-Pivə” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 dekabr 2020-ci il tarixi üçün maliyyə vəziyyəti haqqında hesabat,  mənfəət və ya zərər və həmin tarixdə başa çatan il üçün digər məcmu gəlirlər haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat, habelə maliyyə hesabatlarına dair qeydlər, o cümlədən mühasibat uçotunun əsas prinsiplərinin xülasəsindən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) əsasən, 31 dekabr 2020-ci il tarixinə şirkətin maliyyə vəziyyətini, habelə onun maliyyə nəticələrini və həmin vaxt başa çatan il üçün pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti” bölməsində əks etdirilir. Biz Azərbaycan Respublikasındakı  maliyyə hesabatlarının auditinə aid olan etik normalara uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə və İESBA Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Digər məlumatlar

Digər məlumatlara görə rəhbərlik məsuliyyət daşıyır. Digər məlumatlar rəhbərliyin hesabatı və sədrin ifadəsinə daxil edilmiş digər məlumatları əhatə edir, lakin maliyyə hesabatlarını və onlara dair auditor hesabatımızı daxil etmir. Maliyyə hesabatlarına dair rəyimiz digər məlumatları əhatə etmir və biz onlara dair təsdiqləmə qənaətini heç bir formada ifadə etmirik.

Maliyyə hesabatlarını apardığımız auditlə əlaqədar bizim vəzifəmiz digər məlumatlarla tanış olmaq və bunu edərkən, digər məlumatların maliyyə hesabatları ilə və ya audit zamanı əldə etdiyimiz məlumatlar ilə uyğun olub-olmamasını və ya başqa qaydada əhəmiyyətli dərəcədə təhrif ehtimalının olunub-olmamasını nəzərdən keçirməkdir. Əgər yerinə yetirdiyimiz işə əsasən, həmin digər məlumatlarda əhəmiyyətli təhrifin mövcud olması qənaətinə gələriksə, bu fakt barədə hesabatda məlumat verməliyik. Bununla bağlı verəcəyimiz heç bir məlumat yoxdur.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Biz diqqəti Cəmiyyətin maliyyə hesabatlarına dair izahedici 3-cü qeyddə olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdik. İzahedici qeydlərdə hazırkı şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olmadığı qeyd edilmişdir. Bu şəraitlə əlaqədar biz  öz mülahizələrimizə dəyişikliklər etməmişik.

Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyətləri

Rəhbərlik maliyyə hesabatlarının MHBS uyğun hazırlanmasına və ədalətli təqdimatına və elə bir daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır ki, rəhbərliyin fikrincə, bu sistem dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərdən azad olan maliyyə hesabatlarının hazırlanması üçün zəruridir.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Baş Direktor Cəmiyyətin maliyyə hesabatlarının təqdimetmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyətləri

Bizim məqsədlərimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar inamsızlıq nümayiş etdiririk. Biz həmçinin:

lMaliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.

İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.

Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə ediməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarırıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrim auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişik.

Cəmiyyətin  idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmş şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik. 

“BAKI-PİVƏ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

Partnyor        H.A.Bünyadov

Audit üzrə menecer:           A.S.Səfərova

“Alfa Audit” QSC-nin direktoru:          V.M.Musayev

08 may 2021-ci il

Bakı, Azərbaycan Respublikası.