“ATL Akademiya” ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı təqdim edir
Elm və təhsil

“ATL Akademiya” ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı təqdim edir

“ATL Tech” şirkətinin tədris müəssisəsi olan “ATL Akademiya” ADA Universitetinin tələbələrinə proqramlaşdırma və informasiya texnologiyaları üzrə təhsil proqramlarında güzəştli iştirak imkanı təqdim edir.

ADA Universitetdən AZƏRTAC-a bildirilib ki, proqrama qəbul İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin üçüncü kurs tələbələri arasında aparılıb. Proqramlaşdırma üzrə bacarıqlarını nümayiş etdirərək seçim prosesini uğurla keçən informasiya texnologiyaları ixtisasının bakalavr tələbəsi Rəşad Kazımzadə və kompüter elmləri üzrə bakalavr təhsili alan Fəqan Rəsulov tam təqaüd əldə ediblər.

Tələbələr mayın 20-dən etibarən “Building REST Services with Spring Boot (Backend Development)” tədris proqramı üzrə dərslərə başlayıblar.

Qeyd edək ki, proqramı tamamlayan məzunlar “ATL Tech” şirkətində 3 ay müddətində təcrübə keçmək imkanı əldə ediblər.

“ATL Academy” ölkəmizdə yüksək səviyyəli “texnologiya icması”nın və mütəxəssislərin formalaşmasına dəstək missiyası çərçivəsində mütəmadi olaraq istedadlı tələbələr üçün güzəştli təhsil, təcrübə, layihələrdə iştirak imkanı təqdim edir. ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar üzrə tələbələrin seçiminin davam etdirilməsi nəzərdə tutulur.

AZƏRTAC