Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli 1345 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019 – 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin altmış altıncı və yetmiş birinci abzaslarında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

1.2. 4-cü hissənin on doqquzuncu və qırx beşinci abzaslarında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

1.3. 7.2.16-cı, 7.3.1.11-ci, 7.3.2.11-ci, 7.3.3.11-ci, 7.3.4.11-ci, 7.3.5.12-ci, 7.3.6.12-ci, 7.3.7.13-cü, 7.3.8.12-ci, 7.3.9.13-cü, 7.3.10.13-cü, 7.3.11.12-ci, 7.3.12.13-cü, 7.3.13.12-ci, 7.3.14.13-cü, 7.3.15.13-cü, 7.3.16.13-cü, 7.3.17.13-cü, 7.3.18.13-cü, 7.3.19.13-cü, 7.3.20.11-ci, 7.3.21.12-ci, 7.3.22.13-cü, 7.3.23.13-cü, 7.3.24.13-cü, 7.3.25.14-cü, 7.3.26.11-ci, 7.3.27.9-cu, 7.3.28.13-cü, 7.3.29.12-ci, 7.3.30.12-ci, 7.3.31.13-cü, 7.3.32.14-cü, 7.3.33.13-cü, 7.3.34.13-cü, 7.3.35.14-cü, 7.3.36.13-cü, 7.3.37.12-ci, 7.3.38.14-cü, 7.3.39.13-cü, 7.3.40.13-cü, 7.3.41.12-ci, 7.3.42.13-cü, 7.3.43.13-cü, 7.3.44.13-cü, 7.3.45.14-cü, 7.3.46.14-cü, 7.3.47.13-cü, 7.3.48.12-ci, 7.3.49.13-cü, 7.3.50.14-cü, 7.3.51.12-ci, 7.3.52.14-cü, 7.3.53.13-cü, 7.3.54.11-ci, 7.3.55.12-ci və 7.3.56.12-ci yarımbəndlərdə “Tədbirin adı” sütununda “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz olunsun və “İcraçılar” sütununa “Səhiyyə Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1339 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 iyun 2021-ci il