“Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 301-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası
Fərman

“Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 301-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 301-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.4-cü və 98.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 93.4-cü və 98.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci, 115.4-cü (birinci halda), 115.7-ci, 166.3-cü (hər üç halda), 166.4-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Məcəllənin 51.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 115.4-cü və 115.7-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 166.3-cü (birinci və ikinci hallarda) və 166.4-cü (birinci və üçüncü hallarda) maddələrində “orqan (qurum)” dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 166.3-cü (üçüncü halda) və 166.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri nəzərdə tutulur;

1.8. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.1.1-ci, 474.2-ci, 478.1-ci, 486.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.9. həmin Məcəllənin 474.1.1-ci, 474.2-ci, 478.1-ci və 486.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.10. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 162.3, 562.1, 562.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.11. həmin Məcəllənin 162.3, 562.1, 562.2-ci maddələrində “orqan (qurum)” dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.

 

2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 257; 2015, № 5, maddə 542; 2018, № 3, maddə 447, № 4, maddə 679; 2020, № 5, maddə 563) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “maddəsində” sözü “, 93.4-cü və 98.4-cü maddələrində” sözləri ilə əvəz edilsin;

2.2. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:

“2.7. həmin Məcəllənin 93.4-cü və 98.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.”.

3. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818, № 12, maddə 1930) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci – on beşinci abzaslar müvafiq olaraq 2.2 – 2.15-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

“2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci, 115.4-cü (birinci halda), 115.7-ci, 166.3-cü (hər üç halda), 166.4-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.2. 2.2-ci bənddə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin” sözləri “həmin Məcəllənin” sözləri ilə əvəz edilsin;

3.3. 2.4-cü bənddən “166.3 (üçüncü halda), 166.4 (ikinci halda),” sözləri çıxarılsın;

3.4. 2.13-cü bənddə “(birinci halda),” sözləri “və” sözü ilə, “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirirlər” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz olunsun və həmin bəndə “Təhsil Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

3.5. 2.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

“həmin Məcəllənin 166.3-cü (birinci və ikinci hallarda) və 166.4-cü (birinci və üçüncü hallarda) maddələrində “orqan (qurum)” dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;”;

3.6. 2.15-ci bənddə “nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə və “həyata keçirirlər” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz olunsun və həmin bəndə “İdman Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

3.7. 2.15-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.16-cı bənd əlavə edilsin:

“2.16. həmin Məcəllənin 166.3 (üçüncü halda) və 166.4 (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri nəzərdə tutulur.”.

4. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003, № 8, maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8, maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, № 7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999; 2013, № 5, maddə 509, № 6, maddə 649, № 8, maddə 900; 2014, № 4, maddə 348, № 6, maddə 625; 2015, № 12, maddələr 1450, 1461; 2016, № 4, maddələr 667, 669, № 10, maddə 1644; 2017, № 3, maddə 353, № 5, maddə 814, № 7, maddə 1321; 2018, № 3, maddə 444, № 4, maddə 680, № 6, maddə 1219, № 9, maddələr 1824, 1832, № 10, maddə 2004, № 11, maddə 2271; 2019, № 4, maddə 648, № 7, maddə 1241; 2020, № 7, maddə 883, № 11, maddə 1356) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissə üzrə:

4.1.1. üçüncü abzasa “Məcəlləsinin” sözündən sonra “474.1.1-ci, 474.2-ci, 478.1-ci, 486.1-ci maddələrində və” sözləri əlavə edilsin;

4.1.2. on beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda on altıncı abzas əlavə edilsin:

“həmin Məcəllənin 474.1.1-ci, 474.2-ci, 478.1-ci və 486.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.”;

4.2. 4-cü hissəyə “işsizlikdən sığorta” sözlərindən sonra “, icbari tibbi sığorta” sözləri əlavə edilsin.

5. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 aprel tarixli 1312 nömrəli və 18 may tarixli 1337 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4.1-ci bəndə “127-2.6” rəqəmlərindən sonra “, 162.3,” rəqəmləri, “576.3” rəqəmlərindən əvvəl “562.1-ci, 562.2-ci,” sözləri əlavə edilsin;

5.2. 4.6-cı bənddə “162.3, 163, 428.4, 562.1 və 562.2-ci” sözləri “163 və 428.4-cü” sözləri ilə əvəz edilsin;

5.3. aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:

“4.6-1. həmin Məcəllənin 162.3, 562.1 və 562.2-ci maddələrində “orqan (qurum)” dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;”;

5.4. 5.6-cı bənddə “213.0.3, 213.0.4 (tibb müəssisələrində yayımlanmasına münasibətdə), 214–218” sözləri “215.1, 215.4, 215-1, 216–218” rəqəmləri ilə əvəz edilsin;

5.5. aşağıdakı məzmunda 5.6-3-cü və 5.6-4-cü bəndlər əlavə edilsin:

“5.6-3. həmin Məcəllənin 213.0.3, 213.0.4 (tibb müəssisələrində yayımlanmasına münasibətdə), 215.2, 215.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır;

5.6-4. həmin Məcəllənin 214-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi baxır;”.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 301-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 iyun 2021-ci il.