11251 nəfərə üçüncü doza peyvənd vurulub
Region

11251 nəfərə üçüncü doza peyvənd vurulub

Bəşəriyyəti təşvişə salan COVID-19 virusuna qarşı mübarizə tədbirləri davam etdirilir. Mütəxəssislərin fikrincə bu qorxunc xəstəlikdən qurtulmaq və əvvəlki həyata qayıtmaq üçün ən optimal üsul insanların peyvəndlənməsidir. Respublikamızın hər yerində olduğu kimi, Tovuz rayonunda da bir sıra profilaktik tədbirlərlə yanaşı əhalinin peyvəndlənməsinə də ciddi nəzarət olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuzda əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.

Rayonda hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin əhaliyə  ikinci və üçüncü doza vaksinin vurulması prosesi icra olunur. 15 noyabr tarixinədək Tovuz rayonu üzrə ümumilikdə, 171625 doza vaksin vurulub. Bunlardan 86863 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza, 11251 nəfər üçüncü doza peyvənd olunanlardır.

Rayonda peyvəndlənmə mütəşəkkil qaydada həyata keçirilir.

Vəli VƏLİYEV,

“Respublika”.