9 sentyabr

Azərbaycanda olan hadisələr

1801 – Bakı və Bakı bölgəsi işğal edilib və Rusiya İmperatorluğunun tərkibinə daxil edilib.

2009 – Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.


Dünyada olan hadisələr

E.ə. 479 – Plataya Döyüşü. Döyüş Beotiya ərazisindəki Plateya adlı kiçik şəhərdə (Yunanıstan), Kiteron dağının ətəklərində Yunan İttifaqı ilə Əhəminilər İmperiyasının qoşunları arasında baş vermişdir və yunanların qəti qələbəsi ilə başa çatmışdır. Döyüşdə Əhəmənilər İmperiyasının 300 minlik ordusundan 43 min nəfər döyüşdən əvvəl qaçaraq sağ qalmışdır, qalan döyüşçülərin isə (257.000) hamısı öldürülmüşdür.

337 – İmperator Konstantinin üç oğlu Roma İmperatorluğunu öz aralarında bölüb.

1513 – Flodden döyüşü. Döyüş İngilis qoşunları tərəfindən Şotlandiya kralı IV Yakovun məğlubiyyəti və ölümü ilə başa çatmışdır.

1543 – Mary Stuart, 9 yaşındaykən Şotlandiya Kraliçası olub.

1570 – Türklər Lefkoşanı (Kipr) ələ keçiriblər.

1776 – Amerika Birləşmiş Koloniyalarının yeni adı təsdiq edilib (Amerika Birləşmiş Ştatları).

1825 – Bethovenin son konserti olub.

1835 – Fransada mətbuata ciddi senzura tətbiq edilib.

1850 – Kaliforniya ABŞ-ın 31-ci ştatı olub.

1886 – Müəllif hüquqları sahəsində ilk beynəlxalq müqavilə olan Ədəbi və Bədii Əsərlərin Qorunması Konvensiyası İsveçrənin paytaxtı Berndə imzalanıb.

1892 – Amerikalı astronom E.Barnard Yupiterin beşinci ayını (Amalteya) kəşf edib.

1893 – Almaniyada “Ştutqart” futbol klubu qurulub.

1905 – Rusiyada universitetlərin muxtariyyəti və onların rektor seçmək hüququna dair fərman verilib.

1910 – Fransız təyyarəçisi Leon Moran təyyarədə 100 km/saat limitini keçib.

1911 – Dünyada ilk dəfə İngiltərədə hava poçtu fəaliyyətə başlayıb.

1913 – Rus hərbi pilotu Nesterov ilk dəfə "ölüm ilgəyi" fiqurunu yerinə yetirib.

1914 – Marna döyüşündə almanların əks hücumu nəticə verməyib.

1914 – Birlik və Tərəqqi Komitəsi Osmanlı Hökumətinin qəbul etdiyi bütün təslimiyyətləri rədd edib.

1922 – 30 avqust zəfərindən sonra yunan ordularını geri oturdan türk ordusu İzmirə daxil olub.

1923 – Mustafa Kamal Atatürk tərəfindən Cümhuriyyət Xalq Partiyası qurulub.

1926 – Amerikalı telekompaniysı NBC qurulub.

1932 – İspaniya hökuməti Kataloniyaya muxtariyyət verib.

1933 – Moskvada DETGIZ nəşriyyatı qurulub (daha sonra “Uşaq Ədəbiyyatı” nəşriyyatı adlandırılıb).

1940 – Macar Ordusu Treznea qırğınında 87 rumın və 6 yəhudini öldürüb.

1944 – Bolqarıstan faşizmdən azad edilib.

1945 – Çin-Yapon müharibəsinin sonu (1937-1945).

1948 – Koreya yarımadasının cənubunda Koreya Respublikasının yaranmasına cavab olaraq, Şimali Koreyanın Müvəqqəti Xalq Komitəsi ləğv edilib və Nazirlər Kabineti Başçısı Kim İr Senin rəhbərliyi ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) qurulub.

1955 – SSRİ və AFR diplomatik əlaqələri bərpa edib.

1956 – Elvis Presli ilk dəfə milli televiziyada görünüb.

1969 – Kanadada İngilis və Fransız dilini bütün ölkə ərazisində rəsmi dillər halına gətirən Dil Qanunu qüvvəyə minib.

1970 – "VAZ-2101" – "Jiquli" avtomobillərinin istehsalına başlanılıb.

1971 – Türkiyədə Boğaziçi Universiteti yaradılıb.

1982 – Türkiyənin Burqaz Konsulluğunun inzibati attaşesi Bora Süelkan ermənilər tərəfindən öldürülüb.

1984 – Papa II İohann Paul Papalıq tarixində ilk dəfə Kanadaya səfər edib.

1991 – SSRİ Xarici İşlər Nazirliyinin kollegiyası özünün ləğv olunduğunu elan edib.

1991 – Tacikistan müstəqilliyini elan edib.

1993 – İsrail və Fələstin Azadlıq Təşkilatı bir-birini tanıyıblar.

1993 – Türkiyədə ATV telekanalı yayıma başlayıb.

1995 – 1995-ci il "Türkiyə gözəli" olan Yeşim Palandüz elə həmin il "Dünya gözəli" seçilib.

1998 – Globalstar rabitə sisteminin 12 kosmik peykini kosmosa buraxmaq üçün ilk cəhd zamanı orta sinif Zenit-2 idarəetmə sistemində problemlər yaranıb. Raket yüklə birlikdə Altay dağlarının ətəyinə düşüb.

1999 – Müəmmər Qəddafinin təşəbbüsü ilə Afrika dövlətlərinin başçılarının Sirtdə (Liviya) keçirilən görüşündə 53 Afrika ölkəsini birləşdirən Afrika Birliyi Təşkilatı (AAU) yaradılıb. Bu təşkilat 9 İyul 2002-ci ildə rəsmi olaraq Afrika Birliyinə çevrilib.

2000 – Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının İnformasiya Təhlükəsizliyi Doktrinasını təsdiqləyib.

2001 – 01:46:40 GMT-də, saat 1 Yanvar 1970-ci ildə gecə yarısında başlayan UNIX dövrünün milyardıncı saniyəsinə təsadüf edib. Bu vaxtdan etibarən Unix sistemləri "daxili" vaxtı hesablayır.

2009 – İstanbulda son 80 ildə ən yüksək yağıntı qeydə alınıb. Daşqınlar nəticəsində bir çox insan həyatını itirib və geniş maddi ziyan meydana gəlib.

2011 – Dünyanın ən böyük mozaika muzeyi olan Qaziantepdəki Zeugma Mozaika Muzeyi ziyarətçilər üçün açılıb.


Bayramlar və xüsusi günlər

  • Koreya Xalq Demokratik Respublikasının Müstəqillik Günü.
  • Kosta Rikada Milli Uşaqlar Günü
  • Tacikistanın Müstəqillik Günü.
  • Ümumdünya Gözəllik Günü. Byram Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi tərəfindən 1995-ci ildə təsis edilib.

Doğumlar

214 – Avrelian, Roma imperatoru (270-275) (ö. 275).

384 – Honorius, Qərbi Roma İmperatorluğunun ilk imperatoru (395-423) (ö. 423).

1737 – Luigi Galvani, italyan fizik və fizioloq, elektrik nəzəriyyəsinin banilərindən biri (ö. 1798).

1769 – İvan Kotlyarevski, ukraynalı yazıçı, şair və dramaturq, müasir Ukrayna ədəbiyyatının banisi (ö. 1838).

1828 – Lev Nikolaevich Tolstoy, rus yazıçısı və filosofu, dünya ədəbiyyatının klassiki (ö. 1910).

1899 – Aleksandr Nesmeyanov, sovet üzvi kimyaçısı, SSRİ Elmlər Akademiyasının prezidenti (1951-1961), iki dəfə Sosialist Əməyi Qəhrəmanı (ö. 1980).

1922 – Hans Georq Dehmelt, alman-amerikalı fizik, Nobel mükafatı laureatı (1989) (ö. 2017).

1926 – Adilə Namazova, Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982) (ö. 2020).

1937 – Aybəniz Vəkilova, Səməd Vurğun Fondunun prezidenti və Səməd Vurğun ev-muzeyinin direktoru (2006-2009), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2002). (ö. 2009).

1953 – Əlişir Usmanov, rusiyalı iş adamı, milyarder.

1960 – Hyu Qrant, britaniyalı aktyor. Qrant, kino karyerası boyu ömürlük müvəfəqiyyətli karyerasına görə Fəxri Sezar mükafatı, Stenli Kubrik mükafatı və Piter Sellers adına mükafata layiq görülüb. Qrantın rol aldığı filmlər 2 milyarddan artıq gəlir əldə edib.