Dünyada olan hadisələr
1666 – 3 gün davam edən Böyük London Yanğını söndürülüb. Təxminən 10 min bina yansa da 16 nəfərin öldüyü məlumdur.
1669 – Osmanlı ordusu Krit adasını tutub.
1698 – Digər Avropa ölkələrində qəbul edilmiş dəbi öz təbliğatına aşılamaq üçün I Pyotr saqqal vergisi təyin edib.
1755 – İngilis hökuməti, Yeni Şotlandiyadan (Kanada) fransız köçkünlərin deportasiyasına başlayılar.
1793 – Fransa Milli Konqresi inqilabı müdafiə etmək üçün Terror Rejimi qurub.
1795 – ABŞ və Osmanlı İmperiyası arasında ABŞ-ı illik vergiyə bağlayan ABŞ-Osmanlı Müqaviləsi imzalanıb. Bu, tarixdə ABŞ-ı illik vergiyə bağlayan yeganə dövlət və müqavilə olub.
1800 – Napoleon Bonapart Malta adasını İngiltərəyə verib (halbuki 1798-ci ildə adanı İngilislərdən almışdı).
1800 – Malta İngiltərə tərəfindən tutuub.
1827 – Rusiyada Dəniz Nazirliyi yaradılıb.
1862 – İngilis təyyarəçiləri Qleyşer və Koksvell hava şarında 9000 metr yüksəkliyə qalxıblar.
1885 – İlk benzin nasosu ABŞ-da Ceyk Qamperin xidmət stansiyasında quraşdırıldıb.
1905 – Portsmut müqaviləsinin imzalanması ilə Rus-Yapon müharibəsi sona çatıb.
1918 – Rusiya Xalq Komissarları Şurası Qırmızı Terrorun başlaması haqqında fərman verib.
1922 – Türk Qurtuluş Savaşı: Türk Ordusu Yunan işğalı altında olan Nazilli, Alaşehir və Susurluk'a girib.
1929 – Fransa Baş naziri A.Brian Avropa dövlətlərinin bir dövlətə birləşdirilməsini təklif edib.
1938 – Atatürk vəsiyyətnaməsini yazıb. Vəsiyyət 28 Noyabr 1938-ci ildə Ankaranın 3-cü Magistratı Osman Selcuk Selcuk tərəfindən açılıb.
1939 – ABŞ İkinci Dünya Müharibəsində bitərəfliyini elan edib.
1939 – İngiltərədə İnformasiya Nazirliyi yaradılıb.
1940 – "Pionerskaya Pravda" qəzetində Arkadi Qaydarın "Timur və onun komandası" hekayəsi dərc edilməyə başlanılıb.
1941 – Moskvada 12 yaşdan kiçik bütün uşaqların təxliyəsi elan edilib.
1941 – Alman qoşunları Estoniyanı tamamilə ələ keçirdi.
1945 – Kanadanın ilk nüvə reaksiyası Ontarioda baş verib.
1945 – Türkiyədə çoxpartiyalı dönəmə keçidin ilk partiyası olan Milli İnkişaf Partiyası qurulub.
1950 – Suriyada sosialist konstitusiya qəbul edilib.
1963 – 20-21 may tarixlərində hərbi çevrilişə cəhd edən polkovnik Talat Aydemir, Ankara 1 saylı Hərbi Məhkəmə tərəfindən edama məhkum edilib.
1967 – Krım tatarlarının amnistiyası elan edilib.
1971 – Kanadanın ilk fransız dilli özəl televiziyası Monrealda yayımlanmağa başlayıb.
1972 – Fələstinin “Qara Sentyabr” terror təşkilatı Münhen Olimpiadası zamanı İsrail komandasını ələ keçirib.
1973 – Türkiyənin Dövlət Film Arxivində yanğın baş verib. Yanğında Atatürkün yeganə surəti olan filmlər yanıb.
1975 – Moskva yaxınlığında Kupavna stansiyasında qatarların toqquşması nəticəsində 18 nəfər ölüb, 33 nəfər yaralanıb.
1977 – Voyager-1 avtomatik planetlərarası stansiya buraxılıb.
1978 – ABŞ Prezidenti Cimmi Karterin təklifi ilə Kemp-Deviddə Misir və İsrail arasında danışıqlar başlayıb.
1980 – İsveçrədə 16 km (dünyada ən uzun) uzunluğunda dəmir yolu tuneli açılıb.
1981 – Asiyada QİÇS-dən ilk ölüm halı qeydə alınıb.
1986 – Avstraliyada ölüm hökmü ləğv edilib.
1990 – IBM ilk dəfə ESCON ardıcıl optik interfeysini elan edib.
1991 – Nelson Mandela Cənubi Afrikanın prezidenti olub.
2005 – Medanda (İndoneziya) Boeing 737-nin qəzaya uğraması nəticəsində 149 nəfər həlak olub.
2008 – Prezident Daniel Orteqanın açıqlamasından 3 gün sonra, Nikaraqua Hökuməti Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb.
2009 – “İlinden” səyahət gəmisi həddindən artıq yüklənmə səbəbindən Makedoniyanın Ohrid gölündə batıb. Bolqarıstandan olan 15 turist həlak olub.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq xeyriyyə günü.
Doğumlar
699 – Əbu Hənifə, Hənəfi məzhəbinin banisi (ö. 767).
1187 – VIII Lyüdovik, Fransa kralı (1223-1226) (ö. 1226).
1568 – Tommaso Campanella, italyan filosofu (ö. 1639).
1638 – XIV Lyüdovik, Fransa kralı (1643-1715) (ö. 1715).
1772 – Fətəli şah Qacar, Qacar şahı (ö. 1834).
1791 – Cakomo Meyerber, Alman və Fransız bəstəkarı, böyük opera üslubunun yaradıcısı (ö. 1864).
1817 – Qraf Aleksey Konstantinoviç Tolstoy, rus yazıçısı, Kozma Prutkovun qurucularından biri (ö. 1875).
1935 – Səyavuş Aslan, Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı (ö. 2013).
1939 – Corc Lazenbi, avstraliyalı kino aktyoru, Ceyms Bond rolunun ifaçılarından biri.
1946 – Freddi Merkuri (Fərrux Bülsara), Azərbaycan əsilli Britaniyalı rok ifaçısı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı (ö. 1991).