2 oktyabr

Azərbaycanda olan hadisələr

1992 – Xocavənd rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

1995 – Azərbaycan Özbəkistan ilə diplomatik əlaqələr qurub.

2005 – Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirilib.

2007 – BMT İnsan Hüquqları Şurası Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul edib.

2008 – Azərbaycan Respublikası Milli Məclisi Əfqanıstandakı sülhməramlıların sayını iki dəfə artırmağa qərar verib.


Dünyada olan hadisələr

E.Ə.322 –  Qədim yunan filosofu və ensiklopediyaçı alimi, Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi, Spontan Absurte nəzəriyyəsinin banisi, Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınan Aristotel vəfat edib (d. E.Ə.384).

1187 – Misir və Suriyanın sultanı Səlahəddin Eyyubi, qısa bir mühasirədən sonra Üçüncü Səlib yürüşünün başlanmasına səbəb olan Qüdsü işğaldan azad edib və 88 illik xaçlı işğalına son qoyub.

1552 – İvan Qroznının qoşunları Kazanın işğal edib, tatar feodal dövləti olan Kazan xanlığı Rusiyaya birləşdirilib.

1599 – Hacı Mustafa Sunullah Əfəndi Osmanlı imperiyasının şeyxülislamı seçilib.

1608 – İohan (Hans) Lippershey, ixtira etdiyi optik teleskopun prototipini Hollandiya hökumətinə təqdim edib.

1870 – Roma vahid İtaliyanın paytaxtı olub.

1879 – Rus mexanik Fyodor Blinov tırtıllı traktorunun ilk prototipini patentləşdirib.

1895 – Trabzonda erməni üsyanı başlayıb.

1897 – Azərbaycanın görkəmli şairə-qadını, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan vəfat edib (d. 1832).

1915 – Rus ordusu Vilnyusu (Litva) tərk edib.

1922 – Litvanın milli pul vahidi lit tədavülə buraxılıb.

1923 – İşğalçı qoşunlar İstanbulu tərk ediblər.

1935 – İtaliya ordusu Efiopiyaya girib.

1936 – SSRİ-də maksimum həbs müddəti 10 ildən 25 ilə qaldırılıb.

1939 – İkinci Dünya Müharibəsi: Polşa hərbi dəniz bazası Hel təslim olub.

1944 – İkinci Dünya Müharibəsi: ABŞ və Almaniya qoşunları arasında Axen uğrunda döyüşlər başlayıb.

1944 – İkinci Dünya Müharibəsi: Varşava üsyanı alman qoşunları tərəfindən yatırılıb.

1953 – Qərbi Almaniya NATO-ya qəbul edilib.

1955 – ENIAC (Elektron Rəqəmsal İnteqrator və Kalkulyator) təntənəli şəkildə Amerika Birləşmiş Ştatlarının Hərbi Akademiyasının Muzeyinə hədiyyə edilib.

1957 – Türkiyədə Orta Doğu Texnik Universitetinin (ODTU) təməli qoyulub.

1958 – Fransız Qvineya koloniyası müstəqilliyini elan edib.

1974 – Yakutiyada 1,7 kilotonluq "Kristall" nüvə partlayışı edilib.

1975 – Amerika Türkiyəyə qoyduğu silah embarqosunu yumşaldıb.

1990 – Çin Hava Yollarına məxsus Boeing 737 qaçırılıb. Quangjou hava limanına eniş etdikdən sonra iki təyyarəyə çırpılıb, 132 nəfər ölüb.

1991 – Kompüter nəhəngləri Apple, IBM və Motorola, PReP platformasını yaratmaq üçün əsasən Microsofta qarşı yönəlmiş bir ittifaq yaratmaq barədə razılığa gəliblər.

1992 – Egey dənizində keçirilən təlimlər zamanı ABŞ təyyarədaşıyan gəmisindən atılan iki raketlə türk minadöşəyən gəmisi vurulub. Hadisədə gəmi kapitanı ilə birlikdə 5 dənizçi ölüb.

1996 – Peru Hava Yollarına məxsus Boeing 757 Limadan havaya qalxdıqdan dərhal sonra Sakit okeana düşüb, 70 nəfər ölüb.

1997 – Yaponiyada insanın bioloji saatının işləməsini təmin edən genin kəşf edildiyi rəsmən elan edilib.

1997 – Avropa Birliyi ölkələri arasında Amsterdam sazişi imzalanıb. Bu, Maastrikt sazişinə bir növ yenidən baxılma idi.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Zorakılığa Qarşı Mübarizə Günü.
  • Qvineyanın Müstəqillik Günü.

Doğumlar

971 – Sultan Mahmud Qəznəvi, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı (ö. 1030).

1452 – III Richard, İngiltərə kralı (1483-1485), İngilis taxtında sonuncu York (ö. 1485).

1800 – Nat Törner, amerikalı qul, Virciniyadakı qul qiyamının lideri (1831-ci ildə edam edilib).

1847 – Paul fon Qindenburq, alman hərbi və siyasi lideri, feldmarşal, Almaniyanın Reyx Prezidenti (1925-1934) (ö. 1934).

1851 – Ferdinand Foş, Fransa hərbçisi, Fransa Marşalı (1918), Britaniya feldmarşalı (1919), Polşa Marşalı (1923), Fransız Akademiyasının üzvü (ö. 1929).

1852 – Uilyam Ramzay, arqon, kripton, ksenon və neon inert qazlarını kəşf edən şotlandiyalı kimyaçısı, Nobel mükafatı laureatı (1904) (ö. 1916).

1869 – Mahatma Qandi, Hindistanda milli azadlıq hərəkatının liderlərindən və ideoloqlarından biri (ö. 1948).

1891 – Fərrux ağa Qayıbov, ilk azərbaycanlı hərbi təyyarəçi, İlya Muromets №16 adlı bombardmançı təyyarənin heyət üzvü, Birinci Dünya Müharibəsi iştirakçısı (ö. 1916).

1914 – Yuriy Levitan, Ümumittifaq Radiosunun diktoru (1931-ci ildən), Böyük Vətən Müharibəsi illərində radionun məşhur və təkrarolunmaz səsi, SSRİ xalq artisti (ö. 1983).

1951 – Sting (əsl adı Gordon Matthew Thomas Sumner), ingilis rok musiqiçisi, müğənni, mahnı müəllifi, aktyor, Qızıl Qlobus, Emmy, 17 dəfə Qremmi qalibi.