19 sentyabr

Azərbaycanda olan hadisələr

1974 – Azərbaycanlı bəstəkar Soltan Hacıbəyov vəfat edib.

1993 – Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri doktoru Aida İmanquliyeva vəfat edib (d. 1939).

2008 – Zaqatala aeroportunun açılışı olub.


Dünyada olan hadisələr

1356 – İngilislər Puatye döyüşündə fransızları məğlub ediblər. Fransa kralı II İohan əsir alınıb.

1575 – Türkiyədə ilk rəsədxana qurulub.

1605 – Saint Tomas (Təpədələn) qalası Osmanlı ordusu tərəfindən ələ keçirilib. 1648 – Fransız alimi Blez Paskal atmosfer təzyiqinin olduğunu sübut edib.

1654 – Kanadada ilk evlilik Qvebekdə qeydə alınıb ​​(11 yaşlı Marqarita Sedidyo Jan Abyuşon ilə evlənib).

1841 – İlk beynəlxalq dəmir yolu tikilib (Strasburq-Bazel).

1888 – Dünyada ilk dəfə olaraq Belçikada gözəllik müsabiqəsi keçirilib.

1893 – Yeni Zelandiya qadınlara seçkilərdə səs vermək hüququ verən ilk ölkə olub.

1921 – Mustafa Kamal paşa marşal rütbəsi alıb.

1928 – Mikki Mouse ilə ilk cizgi filminin qalası Nyu-Yorkda baş tutub. O Zaman siçanın hələ səsi yox idi və alışdığımız görüntüyə çox bənzəmirdi.

1931 – Yaponlar Mancuriyanı işğal edib.

1935 – Almaniyada yəhudilərin dövlət xadimi kimi çalışmasını yasaqlanıb.

1939 – Qırmızı Ordu Vilnüsü işğal edib.

1941 – Alman qoşunları Kiyevə girib.

1944 – Finlandiya ilə SSRİ arasında Moskva barışığı imzalanıb.

1946 – Sovet hökuməti, müharibə zamanı kəndlilərin mənimsədiyi kolxoz mülkünü geri qaytarmaq üçün kolxoz işləri ilə bağlı komissiya yaradıb.

1946 – Uinston Şörçillin Avropa Şurasının yaradılmasında bir başlanğıc nöqtəsi olan Sürix Universitetindəki çıxışı olub.

1950 – Müttəfiqlər Qərbi Almaniyanın öz xarici işlər nazirliyinə sahib olmasına icazə veriblər.

1951 – Şimali Atlantika Müqaviləsi Təşkilatı, Türkiyə və Yunanıstanı NATO-ya üzv olmaya dəvət edib.

1952 – Aktyor Charlie Chaplin ABŞ-da kommunistlərə rəğbət bəslədiyi üçün ittiham olunub.

1969 – Mi-24 vertolyotunun ilk uçuşu baş tutub.

1982 – Skott Falman, internetdə ünsiyyət qurarkən duyğuları ifadə etmək üçün smayliklərdən istifadə etməyi təklif edib.

1985 – Mexiko şəhərində 8.1 bal gücündə zəlzələ nəticəsində 35.000-dən çox adam ölüb.

1990 – UNIX İstifadəçilər Birliyi, SSRİ-də istifadə etmək üçün üst səviyyəli SU domenini qeydiyyat edib.

2000 – Berlində, Reyxstaqı yandırmağa cəhd edilib. 22 yaşlı alman, Volkswagen Golf avtomobili ilə şüşəli pəncərələri sındıraraq binaya girmək istəyib. Maşın ilişib qalıb. Sonradan məlum oldu ki, maşının hər yerinə benzin tökülübmüş.

2006 – Taylandda dövlət çevrilişi baş verib.


Bayramlar və xüsusi günlər

  • Sent-Kits və Nevis-in Müstəqillik Günü.

Doğumlar

86 – Tit Eliy Sezar Antonin, qədim Roma imperatoru (138-161) (ö. 161).

866 – VI Leo Filosof (Müdrik), Makedoniya sülaləsindən Bizans imperatoru (886-912) (ö. 912).

1551 – Henr III Valua, Fransa kralı (1574-cü ildən), Polşa kralı və Litva Böyük Knyazı (1574-cü ildə) (ö. 1589).

1803 – Nikolay Pavlov, rus yazıçısı və publisisti, "Russkiye Vedomosti" nəşriyyatçısı (ö. 1864).

1885 – Ağaxan Talışınski, Azərbaycanda travmatologiya elminin banisi, Tibb elmləri doktoru (ö. 1949).