Azərbaycanda olan hadisələr
1920 – Bakıda Türkiyə Kommunist Partiyası təsis olunub.
Dünyada olan hadisələr
E.ə. 587 – Babil kralı II Navuxodonosorun əmri ilə Qüds məbədi və sarayı yandırılıb.
765 – İmam Cəfər Sadiq vəfat etmişdir.
1172 – Misirin Əyyubilər dövləti Abbasilərin mənəvi hakimiyyətini tanıyıblar.
1509 – İstanbulda səhər saat 10-da Kiçik Qiyamət Günü olaraq bilinən və 10 minə qədər insanın öldüyü, Osmanlı İmperatorluğunun paytaxtına ciddi ziyan vuran bir zəlzələ olub.
1515 – Diyarbəkir mühasirəsi: Diyarbəkir Osmanlı hakimiyyəti altına keçib.
1547 – İngilis-Şotlandiya müharibəsi: Pinky Döyüşü olub və ingilislərin qələbəsi ilə başa çatıb. Bu döyüş Şotlandiya ilə Fransa birliyinin parçalanması, habelə Şotlandiyada Protestantizmin yaranması nəticələnib.
1623 – Osmanlı padşahı I Mustafa ikinci dəfə taxtdan endirilib və IV Murad taxta çıxıb.
1693 – I Pyotr Rusiyanın ilk gəmisi 24 toplu "Müqəddəs Pavel"i tikdirib.
1721 – Böyük Şimali Müharibəyə son qoyan Niştadt müqaviləsi imzalanıb.
1812 – 1812-1815-ci illər İngiltərə-Amerika Müharibəsi zamanı Erie gölündə Amerika və İngilis eskadraları arasında ABŞ-ın qələbəsi ilə başa çatan döyüş baş verib.
1835 – Almaniyada Nürnberq və Fürth arasında 10 km uzunluğunda ilk dəmir yolu açılıb.
1846 – Elaya Hou (Elias Howe) tikiş maşınını patentləşdirib.
1855 – Krım müharibəsi: son rus əsgərlərinin gedişindən cəmi iki gün sonra, fransızlar, ingilislər və sarduniyalılar Sevastopola girməyə qərar veriblər.
1855 – Osmanlı İmperatorluğunda ilk teleqraf əlaqəsi başladıyıb.
1857 – Tunisdə ilk konstitusiya qüvvəyə minib.
1875 – Rusiya Kokand əmirliyini (Özbəkistan) işğal edib.
1885 – Rusiya və İngiltərə Rusiya-Əfqanıstan sərhədinin qurulması haqqında müqavilə imzalayıb.
1894 – Sərxoş vəziyyətdə avtomobil idarə edən ilk sürücü Londonda cərimələnib. taksi sürücüsü Corc Smit idarəetməni itirdikdən sonra maşınla evin qapısına girib. Cərimə 1 funt olub.
1895 – Böyük Göllər sisteminə daxil olan Yuxarı və Huron gölləri arasında Su-Sent-Meri kanalı açılıb.
1898 – Avstriya imperatriçəsi Yelizaveta Cenevrədə italyan anarxisti Luici Luçeni tərəfindən qətlə yetirilib.
1908 – Rusiya hökuməti tərəfindən Finlandiya Elmlər və Sənət Akademiyası qurulub.
1918 – Jurnalist və tarixçi Ç.Repinqton yaşadıqları müharibəni Birinci Dünya Müharibəsi adlandıran ilk şəxs olub.
1918 – P.A.Slavenin komandanlıq etdiyi 5-ci Ordunun qoşunları Kazanı tutub. Bu, Qırmızı Ordunun Şərq Cəbhəsindəki ilk qələbəsi idi.
1919 – Avstriya və Antanta üzvləri Polşa, Macarıstan, Çexoslovakiya və Yuqoslaviyanın müstəqilliyin tanınmasını nəzərdə tutan Sen-Jermen müqaviləsini imzalayıblar.
1920 – İşğal altındakı İstanbulda, məşhur Yunan qulduru Hrisantos, polis köməkçisi Muharrem Alkor və polis Cafer Tayyar tərəfindən öldürülüb.
1925 – İlk Qazax milli peşəkar teatrı Qızılordada qurulub.
1932 – Nyu-York metrosunun 3-cü xətti açılıb.
1934 – Sovet İttifaqı Millətlər Cəmiyyətinə qəbul edilib.
1939 – İkinci dünya müharibəsi: "Oksli" sualtı gəmisi (HMS Oxley) səhvən "Triton" (HMS Triton) sualtı gəmisi tərəfindən Norveç yaxınlığında batırılıb. Bu, Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin müharibədəki ilk itkisi olub.
1939 – İkinci dünya müharibəsi: Kanada faşist Almaniyasına müharibə elan edib.
1940 – SSRİ-də pasport qaydaları təsdiq edilib.
1941 – Bir qrup ABŞ senatoru, Çarli Çaplini "Böyük Diktator" filminin nümayişi ilə əlaqədar olaraq ABŞ-ı müharibəyə sürükləməkdə və İngiltərənin təbliğatında günahlandırıb.
1942 – İkinci dünya müharibəsi: İngilis Kral Hərbi Hava Qüvvələri Almaniyanın Düsseldorf şəhərini bombardman edib (100 min bomba atılıb).
1943 – İkinci dünya müharibəsi: Alman ordusu Romanı ələ keçirib.
1943 – İkinci dünya müharibəsi: Şimali Qafqaz Cəbhəsi və Qara Dəniz Donanmasının qoşunlarının Novorossiysk əməliyyatı başlayıb.
1943 – İkinci dünya müharibəsi: Sovet qoşunları Mariupolu azad edib.
1951 – Böyük Britaniya İrana qarşı iqtisadi boykota başlayıb.
1960 – Bir sualtı gəmidən Ağ dənizdə SSRİ-nin R-21 ballistik raketini sudan ilk uğurlu atışı həyata keçirilib.
1960 – Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında ayaqyalın qaçan Efiopiyalı, heç kəsə məlum olmayan idmançı Abebe Bikila sensasiyalı marafon qələbəsi qazanıb.
1960 – Bağdadda keçirilən konfransda (10-14 sentyabr) Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) yaradılıb.
1961 – Douglas DC-6B təyyarəsi İrlandiyanın Şannon hava limanından havaya qalxdıqdan sonra qəzaya uğraması nəticəsində göyərtədə olan 83 nəfərin hamısı ölüb.
1961 – Formula-1 İtaliya Qran-prisində baş verən qəza nəticəsində Ferrarinin alman pilotu Volfqanq fon Trips və 13 tamaşaçı həyatını itirib.
1962 – Spokane yaxınlığındakı KC-135 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan 44 nəfərin hamısı ölüb.
1965 – Türkiyə Hindistanın Pakistandan çəkilməsini istəyib və Pakistana silah göndərib.
1967 – Cəbəli-Tariq (Cəbəllüttariq) əhalisi Britaniyanın tərkibində qalmağa səs verib.
1970 – ABŞ-ın Türkiyədə xaş-xaş əkinini qadağan etmək təklifini Parlament rədd edib.
1972 – Münhen Olimpiadasında ABŞ basketbolçuları Sovet İttifaqı yığmasına məğlub olublar.
1974 – Qvineya-Bisau Portuqaliyadan müstəqilliyini əldə edib.
1976 – Zagreb (Yuqoslaviya) səmasında Trident 3B və DC-9 təyyarələrinin toqquşması nəticəsində 177 nəfər həlak olub.
1977 – Oleyis birliyi, Türk Həmkarlar Konfederasiyasından (Türk-İş) ayrılıb və İnqilabçı Həmkarlar İttifaqları Konfederasiyasına (DİSK) qatılıb.
1977 – Qətldə təqsirli bilinən tunisli immiqrant Həmidə Candubi Fransada gilyotinlə edam olunan sonuncu şəxs olub. 4 il sonra gilyotin edam növü kimi qadağan edilib.
1979 – Türkiyə İşçi Partiyasının keçmiş Adana il sədri vəkil Ceyhun Can öldürülüb.
1981 – Pablo Pikassonun İspaniya vətəndaş müharibəsi mövzusundakı məşhur "Qernika" əsəri İspaniyaya gətirilərək Prado muzeyinə yerləşdirilib.
1984 – Anatoli Karpov və Harri Kasparov arasında şahmat üzrə dünya çempionu titulu uğrunda 5 ay davam edəcək şahmat oyunu başlayıb.
1987 – Macarıstanın sərhədi açması ilə minlərlə Şərqi Almaniya vətəndaşı ölkələrini tərk etməyə başlayıb.
1987 – Türkiyə Böyük Millət Məclisi 1 noyabrda erkən ümumi seçkilərin keçirilməsinə qərar verib. Türkiyə 104 seçki dairəsinə bölünüb. Ən çox millət vəkili İstanbul (45), Bilecik (2) və Hakkari (2) millət vəkilinə sahib olacağı qərara alınıb.
1990 – Roma Papası II İoann Pavel Kot-d’İvuarın paytaxtı Yamasukroda Afrikanın ən böyük kilsəsinin açılışında iştirak edərək onu xaç suyuna çəkib.
1993 – 1990-cı illərin Amerikalı fantastik televiziya serialı “X-Files”-in ilk bölümü “Fox Television”da yayımlanıb.
1996 – BMT “Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi”ni təsdiqləyib.
2001 – DHKP-C tərəfindən Beyoğlunun Gümüşsuyu bölgəsindəki Polis İdarəsinə intihar hücumu edilib. Hücumda təcavüzkar da daxil olmaqla 4 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.
2002 – İsveçrə BMT-yə qəbul olunub.
2003 – İsveç Xarici İşlər naziri Anna Lind marketdə alış-veriş edərkən bıçaqlanıb və növbəti gün vəfat edib.
2007 – Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 7 il sürgündə yaşadıqdan sonra Pakistana geri qayıdıb.
2008 – İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərinin 46 kilometr qərbində Rixter şkalası üzrə 7,5 bal gücündə zəlzələ baş verib.
2008 – CERN-də Böyük Adron Kollayderinin bütün bölmələrinin sınaq buraxılışı olub.
Bayramlar və xüsusi günlər
- Ümumdünya intiharın qarşısının alınması günü.
Doğumlar
1169 – II Aleksi Komnen, Bizans imperatoru (ö. 1183).
1487 – Papa III Juli (Gianmaria Chocchi del Monte), 221-ci Papa (1550-1555) ( ö. 1555).
1638 – Maria Theresa Avstriyskaya, Fransa kralı XIV Lüdovikin həyat yoldaşı (ö. 1683).
1714 – Nikkolo Commelli, italyan bəstəkarı (ö. 1774).
1822 – İbrahim bəy Aslanbəyov, Rusiya hərbi-dəniz donanmasının ilk Azərbaycanlı vitse-admiralı, məşhur hərbi-dəniz tarixçisi, bioqraf, ictimai xadim, Rusiyanın bir çox ordenlərinin saihibi (ö. 1900).
1839 – Çarles Sanders Pearce, amerikalı filosof, məntiqçi, riyaziyyatçı, praqmatizmin və semiotikanın banisi (ö. 1914).
1855 – Robert İoann Koldevey (Johannes Gustav Eduard Robert Koldewey), Babil şəhərinin yerini müəyyənləşdirərək 18 illik qazıntı işlərindən sonra onu tapan alman arxeoloqu (ö. 1925).
1887 – Covanni Qronçi, İtaliyanın 3-cü prezidenti (ö. 1978).
1892 – Artur Holly Compton, amerikalı fizik, Nobel mükafatı laureatı (1927) (ö. 1962).
1898 – Valdo Semon, Amerikalı kimyaçı, ixtiraçı, PVC-nin yaradıcısı (ö. 1999).
1899 – Volf Messing, orijinal janrda sovet rəssamı, illüzionist, psixiatr və hipnozçu (ö. 1974).
1901 – Qasım Tınıstanov, qırğız şairi və dövlət xadimi, qırğız yazı dilinin banisi (1938-ci ildə güllələnib).
1925 – Boris Çaykovski, bəstəkar, pianoçu, müəllim, SSRİ xalq artisti (ö. 1996).
1944 – M.Şerefettin Canda, Türk akademik və Mustafa Kamal Universitetinin rektoru.
1947 – Mustafa Çəmənli (Mustafayev Mustafa Şura oğlu), nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1979).
1955 – Larisa Dolina (qızlıq soyadı Kudelman), əslən Bakılı rus müğənnisi və aktrisası.
1968 – Qay Ritçi, Britaniya kinorejissoru, müğənni Madonnanın keçmiş əri.