Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə artıb
İqtisadiyyat

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Respublika"ya verilən məlumata görə, xidmət tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 98.863 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2024-cü ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 milyard 377,8 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 9,9 faiz və ya 1 milyard manatdan çoxdur.