Cənab Prezident İlham Əliyevin İtalyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzində keçirilən tədbirdə çıxışı milli maraqlarımızı əks etdirir. Azərbaycan lideri regional reallıqlar, əməkdaşlıq imkanları, ölkəmizin sülh və təhlükəsizlik sistemi ilə bağlı perspektivlər kimi mühüm məsələlərə toxunub. Eyni zamanda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada AŞPA-Azərbaycan münasibətləri ilə bağlı mövqeyi əks olunub.
AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyi 2020-ci il Vətən müharibəsindən sonra daha da genişlənib. Buna qədər də bir sıra ikili standartları özündə əks etdirən yanaşmalar mövcud idi. Amma yeni geopolitik reallıqlar, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etməsi bir sıra Avropa dairələrində, xüsusilə də AŞPA-da ölkəmizə qarşı münasibəti kökündən dəyişdi. Nəticədə, ölkəmizə qarşı alman nümayəndə Frank Şvabenin qaldırdığı məsələyə etiraz olaraq bizim millət vəkilləri burada öz mövqelərini ortaya qoydular. Bu münasibətin əsas səbəbkarı AŞPA və müxtəlif dairələrdir.
Avropa Parlamentində də biz dəfələrlə korrupsiya qalmaqallarının şahidi olmuşuq. Bir qrup deputatın rüşvət götürməsi ilə bağlı hələ də müxtəlif materiallar dərc olunur. "Qatargate", "Russiangate" kimi qalmaqallı hadisələr Avropa Parlamentində dərin iz buraxıb. Azərbaycanla əlaqələrdəki qərəzin səbəbi də məhz bu korrupsiya əməlləridir.
İlyas HÜSEYNOV,
politoloq.