Voyager 1 6 aydan sonra elmi fəaliyyətə başalayacq
Elm

Voyager 1 6 aydan sonra elmi fəaliyyətə başalayacq

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 1977-ci ildə kosmosa buraxılan Voyager 1 kosmik gəmisinin 6 aylıq rabitə problemindən sonra elmi fəaliyyətinə qayıtdığını açıqlayıb.

"Respublika" "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, NASA-nın verdiyi yazılı açıqlamada aprel ayında Yerdən 24,1 milyard kilometr uzaqlıqda olan Voyager 1-dən aydın siqnallar gəlməyə başlandığı və may ayında elmi məlumat toplama missiyasına yönəldildiyi bildirilib.

Voyager 1-də texniki nasazlıqlar kosmik gəminin uçuş məlumatları alt sistemindəki çipdən qaynaqlanıb. Kosmik gəmi normal fəaliyyətə qayıtsa da, nasazlıqların hələ də tam aradan qaldırılmadığı qeyd olunub.

Arzu BAXŞIYEVA,

"Respublika".