USAID-in Ermənistana maliyyə yardımı humanitar məqsəd daşımır
Siyasət

USAID-in Ermənistana maliyyə yardımı humanitar məqsəd daşımır

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana maliyyə yardımı ayırması elə qələmə verilir ki, guya bu yardım humanitar məqsədlidir. Sözügedən “yardım” üçtərəfli (Amerika, Ermənistan, Avropa İttifaqı) 5 aprel anlaşmasının tərkib hissəsidir. Anlaşmada məqsəd daha çox hərbi potensialın artırılmasına yönəlib. Humanitar adı altında maliyyə yardımı əslində Ermənistanın silahlandırılması üçündür.

Görünən odur ki, ABŞ Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasından daha çox təhlükəli vəziyyətin yaranmasını təşviq edir. Bunun özü açıq şəkildə Ermənistanı silahlandırmaq, bölgədə yeni təhlükəsizlik arxitekturasını dağıtmaq, yaxud özünə uyğun konfiqurasiya yaratmaq niyyətidir. USAID sürətli şəkildə maliyyə yardımı ayırmaqla Ermənistanın xaricdən silah-sursat və hərbi texnika almasına dəstək verir. Bu yardım işsizliyin aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılmasına, Ermənistan iqtisadiyyatının inkişafına yönəlməyib. Bu, açıq-aydın görünən ciddi bir problemdir. Cənubi Qafqazda təhlükəsizliyə təhdidi qarşıdurmanın yenidən qızışdırılması məqsədilə atılan addım kimi dəyərləndirə bilərik.

Samir HÜMBƏTOV,

politoloq.