Türkiyəli futbolçu
İdman

Türkiyəli futbolçu "Səbail"ə transfer olunub

"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Respublika" xəbər verir ki, paytaxt klubu Mert Çeliklə 1 illik müqavilə bağlayıb.

24 yaşlı futbolçu son mövsümü icarə əsasında 1-ci liqa təmsilçisi “Bandırmaspor”da keçirib. O, müqavilə ilə “Başakşehir”ə məxsus olub. Çelik "Səbail"də 20 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Çelik 2020-2023-cü illərdə “Neftçi”nin formasının geyinib. Türkiyəli oyunçu gənclərdən ibarət və əsas yığmalarımızın heyətinə də cəlb olunub.