Səudiyyə Ərəbistanı rəsmisi:
İqtisadiyyat

Səudiyyə Ərəbistanı rəsmisi: "Azərbaycanın investisiya imkanlarını öyrənməkdə maraqlıyıq"

Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət dövriyyəsi potensialı tam əks etdirmir.

"Respublika" xəbər verir ki, bunu Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının həmsədri Əhməd Ali Al-Dakhil qurumun Bakıda keçirilən 5-ci iclasında bildirib.

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri cəmi 13 milyon ABŞ dolları təşkil edib. Bu rəqəm artıra bilərik. Ümid edirəm ki, yaxın vaxtlarda iki ölkə ticarət əlaqələrinin genişlənməsində böyük sıçrayışa nail olacaq", - deyə o qeyd edib.

"Səudiyyə Ərəbistanı Azərbaycanın investisiya imkanlarını öyrənməkdə maraqlıdır. Birgə Biznes Şurası ikitərəfli əməkdaşlığın dərinləşməsinə dəstək göstərir və əlaqələrin genişlənməsində uğurlu nəticələr əldə edib", - deyə qonaq əlavə edib.