Səfir: “Breakthrough” proqramı çərçivəsində Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlığı alqışlayıram
COP29

Səfir: “Breakthrough” proqramı çərçivəsində Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlığı alqışlayıram

Beynəlxalq ictimaiyyət ərzaq sisteminin təbiətə və ətraf mühitə zərər vermədən təhlükəsiz istifadəsini təmin etməlidir.

"Respublika" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bakı İqlim Həftəsinin ikinci günündə keçirilən paneldə deyib.

"Hazırda istixana qazı emissiyalarının üçdə biri ərzaq sisteminin payına düşür. Bu, biomüxtəlifliyin itirilməsi və meşələrin qırılmasının əsas səbəbi olaraq qalır”, - səfir bildirib.

Diplomat vurğulayıb ki, XXI əsrin ortalarına qədər bu sistem bütün dünyada 10 milyard insanı kifayət qədər əlçatan qida ilə təmin etməli olacaq.

Səfir, həmçinin vurğulayıb ki, “Breakthrough” proqramında Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlığı alqışlayır.

O xatırladıb ki, Azərbaycan bu layihəni ilk imzalayanlardan biri olub və Bakının COP29-a sədrliyi çərçivəsində "Breakthrough"a göstərdiyi dəstək böyük əhəmiyyət kəsb edir.